"Pula qənaət etməyin ən yaxşı yolu nədir?

"Pula qənaət etməyin ən yaxşı yolu nədir?-Planlaşdırma - pullara qənaət etməyin və pul toplamağın ən sadə üsuludur.


Pula qənaət nə deməkdir?


Pula qənaət pulu bu gün xərcləməkdən çəkinərək, gələcəkdə nəyəsə sərf eləmək üçün saxlamaq deməkdir. Bir çox insanlar heç vaxt pula qənaət etmirlər; ola bilsin ki, buna səbəb sizin bu gün istədiyiniz hər hansı bir şeydən imtina edə bilməməyinizdir. Özünü hər hansı şeydən məhrum etmə çətin bir işdir, lakin bu, həmçinin Müqəddəs Ruhun səmərəli (Qal.5:22) işlərindən biridir (özünə hakim olmaq) və məsihçi üçün mümkün olan bir şeydir.


Pula qənaətin vacibliyini əks etdirən 3 səbəb. – Bunları adlandıra bilirsinizmi?


1) Pula qənaət gözlənilməyən hadisələrin xərclərini, təmin edir (iş yerinin itirilməsi, əsaslı təmir xərcləri və gözlənilməz xəstəlik).


2) Pula qənaət borc pul almadan zəruri şey əldə etməyə imkan yarada bilər (mebel, paltar və s.).


3) Qənaət edilib yığılmış pul Rəbbin istədiyi tərzdə sizi istifadə etmək üçün pulla təmin edir.


Pula necə qənaət etməli?


Əsas məsələ odur ki, özünüzü Rəbbdən sonra birinci borclu bir şəxs kimi sayasınız. Gəlirinizin bir hissəsinə qənaət etməyə vərdiş edin. Qənaət etdiyiniz gəlirinizin faizlə nisbəti vacib deyildir.


Vacib olanı budur ki, müntəzəm qənaət etmə üçün müvafiq örnək tə’sis edəsiniz. Pula qənaət etmək üçün Azərbaycanda ən yaxşı vasitə hansıdır? Banka qoyulan əmanət hesabının faiz tarifi nə qədərdir? Nə qədər ki, inflyasiya dərəcəsi bankların faiz tarifindən yüksəkdir, pulu əmanət hesabı kimi bankda yığmaq düzgün deyildir. Əgər siz münasib valyuta dəyişmə tarifi ilə dollar əldə edə bilsəniz, bu pul yığmaq üçün yaxşı vasitəsi ola bilərdi (Bunu o vaxt etmək olar ki, dolların məzənnəsi yüksək və hələ də ona tələbat yüksək olsun). Yalnız 5000 manat miqdarında olsa da belə, hər ay gəlirinizə müvafiq faiz nisbətində qənaət edin. Həmişəkindən az pul xərcləməklə pula qənaətin daha hansı yolları var (Daha ucuz nəqliyyat vasitələrindən istifadə edin, münasib qiymətlərə malik olan dükanlarda bazarlıq edin, kənar yerdə yemək əvəzinə nahar yeməyini özünüzlə işə aparın, lazım olmadıqda işıqları söndürün, həqiqətən lazım olmayan əşyaları almaqdan boyun qaçırın, və s.).







İsraf-ehtiyacın ödənilə biləcək qədərindən artığını yaratmaq və onun üçün xərcləməkdir. Bəli, ehtiyac və ondan artığı yaradıla da bilir. Ehtiyac və onun sərhəddi nədir bəs? Ehtiyacın sərhəddindən də daha önəmli isə onun növüdür:


Təbii və ya fitri ehtiyaclar

Süni və ya seçilmiş ehtiyaclar.


Bu ayırmanı etməkdə məqsədim ehtiyaca xüsusi elmi şərh vermək deyil, sadəcə bu gün gözlərimiz önündə özümüzün də yaşadığımız iqtisadi-sosial durumdur. Əgər sərhəddən danışacağıqsa, onun konkret biçimini vermək adil olmaz, çünki o dinamikdir – dəyişir. Həyatımızda da bunu görürük. Hətta dəyişməsində, dolayısı ilə artmasında bir xeyir də var, fərdi və sosial xeyir. Onda sərhəd nə olmalıdır? Məncə ehtiyacın formalaşmasında izlənəcək bir süjet olmalıdır-Ədalət! Bax bu fonda-yəni ədalət fonunda ehtiyacın növü-yəni onun süni olub-olmaması daha aydın görünə bilər. Burada etalon kimi həm fərdin vicdanı, həm də sosial durum rol oynayır. Hər iki ünsür məsələyə adil yanaşmanın təməl prinsipləridir məncə.

Düşünürəm ki, israfın yaranmasında ən böyük səbəb, süni ehtiyaclara meyl etməmizdir. Ətrafa baxsaq, kapitalist bir dünya düzənində süni ehtiyacın təbii ehtuyacdan qat-qat çox və cəlbedici duruma gəldiyini görərik. Hətta özümüz belə bu durumun izləyici və daşıyıcılarıyıq.


İstehlak cəmiyyətində gerçək istək və ehtiyacların yerini, media vasitəsilə reklam agentliklərinin meydana gətirdiyi süni istək və ehtiyaclar aldı. İnsanoğlu susuzluğunu su ilə deyil, kolalarla aradan qaldırmağa başladı. Beləcə, insanoğlu susamağı unudaraq kola həvəskarı oldu. Bu süni ehtiyac və istəkləri qarşılayan istehlak malları zamanla müəyyən bir həyat stilini, prestiji, lüksü və gücü ifadə edən müəyyən bir işarə dəyəri (brend) qazandı. (c)







1 comment:

  1. Are you in need of financial assistance, my company can help you with a L0AN. You can borrow money from my company at 3% interest rate, from a mimimum range of 3,000 euro to a maximum range of 2,000,000 euro. To apply contact us via email with the amount you need and duration. Email: sawda.finance@gmail.com

    ReplyDelete