Aforizmlər

Maliyyə haqqında

Dövləti maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəif salır. Volter

Qənaət haqqında

Səxavət və bədxərclik zahirən nə qədər bənzəsə də, fərqli mahiyyətlərin ifadəsidir. Əbu Turxan

Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar. Konfutsi

Az bilib çox danışan bədxərclik edən yoxsula oxşayır. Napoleon



İsraf haqqında

Səxavət – həddini keçəndə israfçılığa, sevgi – həddini keçəndə məcnunluğa çevrilir. Əbu Turxan

Bu günün israfçısı sabahın dilənçisidir. Sokrat


Əmək haqqında

Sivilizasiyanın əsasında əmək bölgüsü dayandığı kimi, ailəni də mümkün edən kişi ilə qadın arasında əmək bölgüsüdür. Əbu Turxan

Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur. Balzak

Yarımçıq iş heç iş görməməkdən daha pisdir. Əbu Turxan

Bir bütöv iş yüz yarımçıqdan üstündür. Əbu Turxan


Pul, var-dövlət haqqında

Dünya malı dünyada qalacaq. (Atalar sözü )

Sahib olduğundan artıq bir şey istəməyən insan zəngindir. Siseron

İnsanın ən böyük varı – özünün var olmasıdır. Əbu Turxan

Kasıb o kəs deyil ki, onun az şeyi var. Kasıb o kəsdir ki, malik olduğundan artıq şey istəyir. Seneka

Zəngin o adamdır ki, nəyi varsa, onunla kifayətlənir. Bar-Ebrey

Xəsis öz sərvətinin ağası deyil, sərvət onun ağasıdır. Bion

Qəlbində var-dövlətini itirməyə hazır olmayan insana bu var-dövlət heç vaxt sevinc gətirməyəcəkdir. Seneka

Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün. Helvetsi

Bu günün israfçısı sabahın dilənçisidir. Sokrat

Xəsis həmişə ehtiyac içində yaşayır. Horatsi

Haqq yolunda xərclənəndə fəzilətə, əks halda rəzalətə vəsilə olur. Əbu Turxan

Könlü açıq olanların əlləri də açıq olur. Mövlana

Acgöz adam dünyaya sahib olsa da, gözü yenə onda-bundadır. Balasaqunlu Yusif

Pulun çoxluğu gözün toxluğuna dəlalət eləmir. Tur Xander

Müəyyən bir həddə çatanda pul öz sahibini də satın alır. Əbu Turxan

Əgər pulun dəyərini bilmək istəyirsənsə, get birindən borc istə. B. Franklin

“Pul hər şeydir” deyən adam pul üçün hər şeyə gedər. B. Franklin

Yoxsulluğun qüruru olmur, çünki boş torbanı dik qoymaq olmaz. Düma

Çox zəngin adam harın ola bilər, qürurlu ola bilməz, çünki var-dövlətini itirmək qorxusu qürurlu olmağa imkan vermir. Əbu Turxan

Var-dövlət çox olduqca, onun fövqünə qalxmaq üçün daha böyük ruhani enerji tələb olunur. Günlərin bir günü ruh daha varlığın ağırlığını, cazibə gücünü dəf edə bilmir və insan öz var-dövlətinin içində itib batır. Əbu Turxan

Oğru varlını, varlı isə yoxsulu soyur. B. Şou

Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir. Adrian Dekursel

Pulun öldürdüyü ruh qılıncın öldürdüyü bədəndən çoxdur. V. Skott

Ancaq ruh taxtdan salınanda pul hakim ola bilər. Əbu Turxan

Pul qazanmaq qabiliyyət tələb edirsə, onu düzgün xərcləmək ikiqat qabiliyyət və mədəniyyət tələb edir. Əbu Turxan

Özü qazanmayan var-dövlətin qədrini bilməz. El hikməti

Pul şərab kimidir. Müəyyən həddə qədər adamı hala gətirir, bir az ondan artıq olanda cuşa gətirir, lap artıq olanda isə huşunu başından alır. Əbu Turxan

Puldan da vacib şeylər var, amma pulsuz bu şeyləri əldə edə bilməzsən. Merime

Pul da silah kimi ağıllı adamda olanda onu qoruyur, naqis adamda olanda həm özü, həm də ətraf üçün təhlükəyə çevrilir. Əbu Turxan

Əgər insan pulun hər şeyə qadir olduğunu söyləyirsə, onda bilin: onun pulu yoxdur, heç vaxt da olmayıb. E. Hau

Var-dövlət və şöhrət dəniz suyu kimidir: içdikcə, yanğı daha da artır. Şopenhauer

Bizim başqalarına verdiyimiz bizi özümüz özümüzə verdiyimizdən daha da çox zənginləşdirir. Şarl Quno

İnsanlar adətən malik olduqlarından həzz almaq əvəzinə, malik olmadıqlarından danışırlar. V.Q. Belinski

Artıq tamah daş yarar, daş qayıdıb baş yarar. Atalar sözü

Niyə insanlar kasıb olduqlarına görə utanırlar, varlı olduqlarına görə – yox?! F. Ranevskaya

Var-dövlət insanlara bəzən onu itirmək qorxusundan başqa heç nə vermir. Rivarol

Ataların var-dövləti çox vaxt övladlara bədbəxtlik gətirir. Cübran

İnsanın yığdığı var-dövlətdən faydalana bilməməsinin səbəbi elə onun varlanmasına imkan açan qabiliyyətlərdir. Rivarol

Pul – yaxşı nökər, pis ağadır. F.Bekon

İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar. Karneqi

Malik olduğun pul sənə azadlıq verir, dalınca qaçdığın pul – səni kölə edir. Russo

Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri maarifpərvər olsun. Əbu Turxan

Süleyman mülkünü axtarma ki, o, hardadır Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır? Nizami
Mal sahibi, mülk sahibi, Hanı bunun ilk sahibi. Mal da yalan, mülk də yalan, Al bir az da sən oyalan. Yunus İmrə

Çörəyim artdıqca əksildim haman Yoxsulluq yaxşıdır sail olmaqdan. Sədi Şirazi

Pul əl çirkidir. Atalar sözü

Pul pul gətirər. Atalar sözü

Yellə gələn sellə gedər. Atalar sözü

Çox yemək insanı az yeməkdən də qoyar. Atalar sözü

Haram yolla qazanılan harama sərf olunar. Atalar sözü

Yaxşı oğul ata malını neylər, pis oğul ata malını neylər! Atalar sözü 

Kasıb çıxarını bilsə, geydiyi atlas olar. Atalar sözü

Toxun acdan xəbəri olmaz. Atalar sözü

Ac toyuq yuxusunda darı görər. Atalar sözü

Tamarzıdan al, dadanmışa ver. Atalar sözü

Tamahkara dünyanı da versən, doymaz. Sədi Şirazi

Dama-dama göl olar, dada-dada heç olar. Atalar sözü

Varlığa nə darlıq. Atalar sözü

Qarının toxluğu müvəqqəti, gözün toxluğu daimidir. Əbu Turxan

Hərə ayağını öz yorğanına görə uzatmalıdır. Atalar sözü

Kor nə istər, iki göz, biri əyri, biri düz. Atalar sözü


No comments:

Post a Comment