İnsan
cəmiyyəti həyatının əsasını əmək təşkil edir. Əmək təbiətlə insan arasında baş
verən bir prosesdir. İnsan bu prosesdə təbiət cisimlərini insanın və cəmiyyətin
tələb tələbatlarına uyğunlaşdırır. Heyvanların fəaliyyətlərindən fərqli olaraq,
insan əməyinə aşağıdakı səciyyəvi cəhətlər xasdır:
1. Əmək
məqsədəuyğun fəaliyyətdir. Hər bir istehsalın müəyyən bir məqsədi vardır. Hətta
lap savadsız icraçı da işə başlamazdan əvvəl fikrən öz fəaliyyətinin planını və
ardıcıllığını tərtib edir.
2. İnsan
əməyi ictimai xarakter daşıyır. Bu o deməkdir ki, hətta insan yaşamayan adada
tək çalışan Robinzon belə nəinki cəmiyyətin digər üzvləri tərəfindən
hazırlanmış bəzi alət və qurğulardan istifadə etmişdir, ən başlıcası o
cəmiyyətin istehsal təcrübəsindən, texnologiyalardan, yığılmış biliklərdən
istifadə etmişdir.
3. Əmək
yaradıcı xarakter daşıyır. Çünki onun son məqsədi maddi nemətlər yaratmaqdır.
4. Əməyin
mühüm xüsusiyyətlərindən biri də əmək alətləri yaratmasıdır.
Əmək
prosesində insan yalnız təbiətə təsir göstərmir, o özünün daxili təbiətini də
dəyişdirir, özünün iş qüvvəsini, yəni əmək qabiliyyətini reallaşdırır. O həm
fiziki, həm də əqli cəhətdən inkişaf edir, təkmilləşir və yeni biliklərə
yiyələnir. Beləliklə, insanı əmək yaratmışdır və onu inkişaf etdirməkdə davam
edir.
Əmək
prosesinin sadə momentləri canlı əməyin özü, əmək cisimləri və vasitələri
hesab olunur. Əmək prosesinin son nəticəsi maddi nemət yaratmaqdır. Əmək
prosesində insan yalnız təbiətlə qarşılıqlı əlaqəyə girmir, o həmçinin başqa
insanlarla ünsiyyətə daxil olur. İnsanlar arasında maddi nemətlərin istehsalı,
bölgüsü, mübadiləsi, istehlakı və eləcə də istehsal vasitələri üzərində
mülkiyyətlə əlaqədar öz istək və arzularından asılı olmayaraq yaranan
münasibətlərə istehsal
münasibtləri deyilir. İstehsal münasibətləri əmək prosesinin
ictimai təşkili formasıdır. Eyni əmək prosesi müxtəlif ictimai tarixi
formalarda baş verə bilər: taxılı qul da,təhkimli kəndli də, azad fermer də
yetişdirə bilər. Bütün hallarda taxıl eyni olacaqdır. Burada yalnız əmək
münasibətlərinin xarakteri və işçinin istehsal vasitələrinə münasibəti müxtəlif
olur. Bəs bu münasibətlərin xarakteri nə ilə müəyyən olunur, marksizm təliminə
görə hər bir quruluşda istehsal münasibətlərinin xarakteri orada hakim
mülkiyyət forması ilə müəyyən olunur.
Əmək yalnız
aşağıdakı şərtlərə əməl olunduqda muzdlu əməyə çevrilir:
· İşçi
şəxsən azad olmalıdır;
· İşçi
özünün istehsal vasitələrinə malik olmamalıdır, yəni istehsal vasitələrindən
məhrum olmalıdır.
Marksizmə
görə, əmək istehsal prosesinə qədər mövcud olmadığı üçün əmtəə ola bilməz,
deməli,əməyin dəyəri yoxdur, dəyərin özü isə əmək məsrəfləri ilə müəyyən
olunur.
Əmək –insanın məqsədəyönlü, şüurlu fəaliyyətidir .
Əmək-insanın , cəmiyyətin inkişafı üçün əbədi təbii bir şərtidir. İnsanın əmək
fəaliyyəti istehsal prosesi ilə, habelə təkrar istehsalın ayrı –ayrı fazaları –
iatehsal, bölgü, mübadilə və istehlakla əlaqədardır.
Əməyin xarakteri birinci növbədə işçilərlə mülkiyyət və bölgü
münasibətləri arasındakı əlaqənin xarakterilə müəyyən olunur. O həm də
işçilərin iqtisadi azadlığının mühüm göstəricisidir.
Əmək və iş
qüvvəsi anlayışlarını bəzən eyniləşdirirlər. Lakin bu anlayışlar yaxın
olduqları qədər bir-birindən fərqli iqtisadi kateqoriylardır. Hər hansı əmək
fəaliyyətini icra etmək üçün öz iş qüvvəsini təklif edə bilmək imkanı olan
əhali hissəsinə iqtisadi əhali və yaxud iş qüvvəsi deyilir . Əmək
ehtiyyatlarından fərqli olaraq, iş qüvvəsi dedikdə, bütün əmək
ehtiyatlarından ictimai istehsalda məşğul olanlar daxildir. İnsanın malik
olduğu və maddi nemətlər istehsal edərkən istifadə etdiyi fiziki və əqli (zehni)
qabiliyyətinin məcmusu hesab olunan iş qüvvəsi yalnız müəyyən istehsal
münasibətləri sistemində fəaliyyət göstərir və cəmiyyətin başlıca məhsuldar
qüvvəsidir. İnkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul (hərbi qulluqçular
da daxil olmaqla) və işsiz əhali daxil edilir. İş qüvvəsi insanın əmək qabiliyyətidir, onun
əmək prosesində istifadə etdiyi fiziki və zehni qüvvəsi , bilik təcrübə və əmək
vərdişlərinin məcmusudur. Kapitalizmdə iş qüvvəsi
əmtəə kimi çıxış edir və hər bir əmtəə kimi, onun da dəyəri və istehlak dəyəri
var. İş qüvvəsi əmtəəsinin dəyəri fəhlənin özünün və ailəsinin
yaşaması üçün zəruri olan yaşayış vasitələrinin dəyəri ilə müəyyən olunur.
Kapitalizmdə iş qüvvəsi dəyəri əmək haqqı formasındadır. İş qüvvəsinin
istehlak dəyəri də var. Bu, fəhlənin izafi dəyər yaratmaq qabiliyyətindən
ibarətdir. Müasir kapitalizm muzdlu iş qüvvəsi istismarının
güclənməsi ilə xarakterizə olunur. Sosializmdə iş qüvvəsinin istehsal
vasitələri ilə birləşməsi istehsal vasitələri üzərində ictimai mülkiyyət
şəraitində, istehsal prosesinin plana uyğun təşkili əsasında həyata keçirilir.
Sosializmdə iş qüvvəsi əmtəə deyildir. İş qüvvəsi - insanın malik
olduğu, material və mənəvi dəyərlərin istehsalında istifadə etdiyi fiziki və
zehni əmək qabiliyyətinin məcmusudur. İş qüvvəsi ictimai formasından, inkişaf
mərhələsi və səviyyəsindən asılı olmayaraq bütün cımiyyətlərdə mövcuddur. Ancaq
buna baxmayaraq "iş qüvvəsi" anlayışı yalnız cəmiyyətin tarixi
inkişafının müəyyən məərhələsində konkrett iqdisadi məna kəsb etmiş , insanın
əmək qabiliyyəti - iş qüvvəsi - əmtəəyə çevrilmişdir. K.Marks heç vaxt "iş
qüvvəsi" anlayışını istehsal vasitələrinin sahibi olan kapitalistləri aid
etməmişdir. İş qüvvəsi kateqoriyası təkcə adamarın malik olduğu əmək qabiliyyətinin
əks etdirmir, o həm də iş qüvvəsi daşıyıcısıının ictimai istehsal sistemindəki
sosial - iqdisadi vəziyyətini müəyyən edir. K.Marks bildirirdi ki, iş qüvvəsi
ancaq canlı fərdin qabiliyyəti kimi mövcuddur. İş qüvvəsi ancaq öz xarici
təzahür yolu ilə həyata keçir və o ancaq əməkdə həyata keçir. Müasir
dövrdə insanın əmək qabiliyyətinin yalnız bir hissəsi - peşəkarlıq qabiliyyəti
iş qüvvəsi hesab edilməlidir. "Peşəkarlıq" termini işçinin haqqı
ödənilən əməklə məşğul olduğunu göstərir. İş qüvvəsi insanın özündən
ayrılmayan əmək qabiliyyəti hesab olunur. İş qüvvəsi kateqoriyası təkcə
insanların malik olduğu əmək qabiliyyətini əks etdirmir , o , həm də , iş
qüvvəsi daşıyıcısının ictimai istehsal sistemindəki ssosial - iqdisadi
vəziyyətini müəyyən edir. İş qüvvəsi istehsalın şəxsi amilidir.
İş qüvvəsi insanın əmək qabiliyyətidir, onun əmək
prosesində istifadə etdiyi fiziki və zehni qüvvəsi , bilik təcrübə və əmək
vərdişlərinin məcmusudur.
İşçi
qüvvəsinin təkrar istehsalının xüsusiyyətləri:
1. İşçi
qüvvəsinin daşıyıcısı olan insanlar bir məhsuldar qüvvə kimi elmi-texniki
biliyə
malik olurlar və əmək alətlərini hərəkətə gətirilər;
2. İşçi
qüvvəsinin təkrar istehsalı prosesində və bunun sayəsində insan başlıca
məhsuldar
qüvvə olur ;
3. İşçi
qüvvəsinin daşıyıcısı məhsuldar qüvvələrin mühüm ünsürü olmaqla
bərabər,
istehsal münasibətlərinin başlıca subyektidir;
4. İşçi
qüvvəsinin təkrar istehsalı eyni zamanda ailə münasibətlərinin, mənəvi ,
hüquqi və s
münasibətlərinin təkrar istehsalıdır;
5. İşçi
qüvvəsinin təkrar istehsalı müvafiq həcmdə yaşayış vasitələtinin təkrar
istehsalını
tələb edir.
Əməyin xarakteristikasında sadə və
mürəkkəb əmək anlayışları fərqlənir. Sadə əmək heç bir ixtisas tələb etməyən əməkdir. Müəyyən
işlərin yerinə yetirilməsi üçün işçidən xüsusi hazırlıq, səriştə, bacarıq və
bilik tələb edən əmək isə ixtisaslı əmək adlanır. İxtisassız (sadə) əməkdən
fərqli olaraq ixtisaslı əmək mürəkkəb əmək kimi çıxış edir. Görkəmli
şotland iqtisadçısı A. Smit yazır: "Əmək bütün əmtəələrin mübadilə
dəyərinin həqiqi ölçüsüdür". O göstərir ki, dəyərin kəmiyyəti
ayrıca əmtəə istehsalçısının əmək məsrəfləri ilə yox, cəmiyyətin mövcud
vəziyyətində orta zəruri məsrəflərlə müəyyən olunur. Smit həm də qeyd edir ki,
ixtisaslı və mürəkkəb əmək, ixtisassız və sadə əməklə müqayisədə vaxt vahidi
ərzində daha çox dəyər yaradır. Yəni, mürəkkəb əməyin bir saatı sadə
əməyin bir neçə saatına ekvivalentdir. Buna uyğun olaraq ixtisaslı əməyə
ixtisassız əməyə nisbətən daha yüksək haqq verilir.
Əmək
növlərini ölçməkdən ötrü mürəkkəb əməyin sadə əməyə müncər olması vacibdir ki,
buna da əməyin reduksiyası deyilir.
Bundan əlavə, öz formasına görə əmək abstrakt və konkret əmək kimi də təsnifləşdirilir. Belə ki,
məhz ilk dəfə olaraq, K. Marks əməyin
ikili xarakter daşıdığını, konkret və abstrakt əmək kimi formalarının olduğunu
qeyd etmişdir. Abstrakt əmək insan əməyinin sərfidir. Konret əmək isə hər hansı
bir sahədə sərf olunan əməkdir.
İnsan
əməyinin ikili xarakteri əmtəənin iki xassəsini yaradır. Bunlar əmtəənin
istehlak dəyəri və mübadilə dəyəridir. İnsanın mücərrəd (abstrakt) əməyi
əmtəənin mübadilə dəyərini yaradır.
Mücərrəd
(abstrakt) əməyin xarakteristikası üçün aşağıdakı anlayışlardan istifadə
olunur:
·əməyin ağırlığı;
·əməyin gərginliyi
Əməyin ağırlığı əmək predmetinin vəziyyətində olan hər hansı
bir dəyişiklərlə əlaqədar fiziki səyləri xarakterizə edir.
Əməyin gərginliyi insanın sınaqdan keçirdiyi,
üzləşdiyi, emosional-psixi ağırlığı xarakterizə edir.
İş
qüvvəsinin və sahibkarlıq fəaliyyətinin səmərəli və qeyri-səmərəli istifadəsi
nöqteyi-nəzərindən əmək səmərəli
və qeyri-səmərəli əməyə bölünür. Səmərəli əmək əməyin ictimai
təşkili nöqteyi nəzərindən elə əməkdir ki, bu zaman iş yerlərinin və işçilərin
bölgüsü işçilərin ixtisasına, yerinə yetirdiyi əməyin mürəkkəbliyinə görə uyğun
həyata keçirilsin. Qeyri-səmərəli əməkdə isə işçilərin ixtisasına və yerinə
yetirilən işlərin mürəkkəbliyinə uyğun olaraq iş yerləri üzrə işçilərin bölgüsü
həyata keçirilmir.
Əmək
aşağıdakı prinsiplərin tələblərinə cavab verən insan fəaliyyətidir:
·şüurluluq
·məqsədəuyğunluq
·nəticə
·ictimai faydalılıq
·hərəkətlərin enerji məsrəfləri
Şüurluluq
dedikdə, burada gələcək əməyin nəticəsini insan əmək prosesində dərk edir.
Məqsədəuyğunluq o deməkdir ki, insan öz səylərini reallaşdırmağa başlamazdan
əvvəl hərəkətlərin alqoritmini düşünür. Nəticəlilik o deməkdir ki, hər hansı
bir fəaliyyət ictimai zəruri nəticə ilə başa çatır. İctimai faydalılıq o
deməkdir ki, insanlar əmək kollektivində birləşərək və ya bir - birilə
qarşılıqlı fəaliyyətdə olaraq həm özü üçün, həm də cəmiyyət üçün nemətlər
istehsal edirlər.
Əməyin məzmunu iş yerində konkret əmək funksiyalarının
bölgüsünü ifadə edir və yerinə yetirilən əməliyyatların məcmusu ilə müəyyən
olunur.
Əməyin xarakteri istehsalın ictimai şərtləri nöqteyi-nəzərindən əməyi
nəzərdən keçirir.
Əməyin funksiyaları aşağıdakılardır:
1. İnsan
və cəmiyyətin şəxsi və ictimai tələbatlarının ödənilməsi məqsədilə maddi və
mənəvi nemətlərin istehsalı;
2. İnsan
və cəmiyyət həyatının təhlükəsizliyinin təmin edilməsi, təbiətin qorunması,
sağlam və sosial mühitin təmin edilməsi;
3. İctimai
maddi və qeyri-maddi sərvətin formalaşması və yığımı;
4. İstehsal
amillərinin, elm, texnika və mədəniyyətin inkişafı;
5. İnsanın
özünün şəxsi inkişafı, yaradıcı şəxsin və sərbəst cəmiyyətin formalaşması.
Əməyin təsnifat əlamətləri
aşağıdakılardır:
1. Əməyin xarakterinə və məzmununa görə növləri:
· arzuedilən
əmək;
· zəruri
əmək və ya məcburi əmək;
· fərdi
və kollektiv əmək;
· zehni
əmək;
· yaradıcı
əmək.
2. Əmək predmetinə və əmək məhsuldarlığına görə
əməyin növləri:
· elmi
əmək,
· mühəndis
əməyi,
· idarəetmə
əməyi,
· istehsal
əməyi,
· sahibkar
əməyi,
· sənaye
əməyi,
· kənd
təsərrüfatı əməyi,
· innovasiya
əməyi,
· nəqliyyat
əməyi və s. ;
3. Əmək vasitələrinə və üsullarına görə əməyin
növləri:
· əl
əməyi ( texniki cəhətdən silahlanmayan) ;
· mexanikləşmiş
və avtomatlaşmış əmək;
· aşağı,
orta, yüksək texnologiyalı əmək;
· insanın
müxtəlif iştirak dərəcəsinə görə əmək.
4. Müxtəlif reqlamentasiya dərəcəsi ilə əmək
şəraitinə görə əməyin növləri:
· stasionar
əmək və səyyar əmək;
· yeraltı
və yerüstü əmək;
· yüngül,
orta, ağır əmək;
· cəlbedici
və cəlbedici olmayan əmək;
· sərbəst
və reqlamentli əmək.
İnsanın və
cəmiyyətin inkişafında əməyin rolu aşağıdakılardan ibarətdir:
· insanların,
onların fiziki və mənəvi keyfiyyətlərinin inkişafı;
· maddi
və mənəvi nemətlərin istehsalı;
· insanın
və cəmiyyətin maddi və mənəvi tələbatların ödənməsi;
· elmi-texniki
tərəqqi ( ETT ) ;
· əhalinin
təkrar istehsalı;
· əmək
məhsuldarlığının artımı;
Son dövrlər
əməyin növü kimi idarəetmə əməyini xüsusilə qeyd edirlər. İdarəetmə əməyi
- ictimai əməyin bir növü olub istehsal kollektivlərinin
qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü
fəaliyyətdir. Geniş mənada idarəetmə əməyi idarəetmə sahəsində
hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin
müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi
deməkdir. Bir sıra alimlər əsassız olaraq “idarəetmə əməyi”ni “idarəetmə” ilə
eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə
edilir. İdarəetmə əməyi ilə müəssisə və təşkilatların rəhbərləri,
mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə
zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün
işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin,
mühəndis-texniki işçilərin işini aid etmək olar.İdarəetmə əməyinin
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1) Əməyin
xüsusiyyətləri - intellektual, zehni əmək;
2) Təsir
etmə səciyyəsi - inzibati, təşkilati, bütövlükdə idarəedici;
3) Əmək
cismi - informasiya;
4) Əmək
vasitələri - hesablama texnikası, təşkilatı texnika;
5) Maddi
nemətlər istehsalına təsiri - qeyri müstəqim;
6) Əməyin
son nəticəsi - idarəetmə qərarları.
No comments:
Post a Comment