Maliyyə — iqtisad elminin bir qolu sayılır və elmi fondların idarə edilməsi ilə məşğuldur. Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımını və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur.
Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir.
Kreditlər, son vaxtlarda artan sürətlə, yenidən satış üçün paketlənir, yəni investor krediti (borcu) ya bankdan, ya da birbaşa şirkətdən alır. İstiqraz vərəqləri şirkətlər tərəfindən investorlara birbaşa satılan borcdur, bu zaman investor faiz əldə edir və ya istiqraz vərəqini təkrar bazarda satır.
Bank sektoru kredit təmin etməklə fondlaşmanın əsas vasitəçisi rolunda çıxış edir. Ancaq, şəxsi sərmayə, birgə fond, (mutual fund), qorunma fondları (hedge fund) və digər qurumlar müxtəlif istiqraz vərəqlərinə investisiya etməklə əhəmiyyət qazanmışlar. İnvestisiya kimi qeyd olunan maliyyə aktivləri maliyyə riskinə nəzarət etmək məqsədilə maliyyə riskinin menecmentinə xüsusi diqqət yetirilərək idarə edilir. Maliyyə alətləri müxtəlif növ qiymətli kağızların birjalarda alınıb satılmasına imkan yaradır. Bu qiymətli kağızlara istiqraz vərəqləri və səhmlər də daxildir. Mərkəzi banklar isə son çarə kreditoru rolunu oynayır və pul kütləsinə nəzarət edir. Pul kütləsi artdıqca faizlər azalır.
Maliyyənin texnikası və maliyyə sektorunun sahələri
Gəlirləri xərclərindən çox olan bir şəxs əlavə gəlirini borc verə və ya investisiya edə bilər. Digər tərəfdən, xərcləri gəlirlərindən çox olan bir şəxs borc alaraq və yaxud səhmlərini ixrac etməklə, xərclərini azaltmaqla və ya gəlirini artırmaqla kapitalını artıra bilər. Borc verən bir başa borc almaq istəyən tərəfi, bank kimi maliyyə vasitəçiliyi fəaliyyətini gösətərn qurumları tapa bilər və ya borc bazarında istiqraz vərəqi ala bilər. Vasitəçi iştirak edərsə, borc verən faiz əldə edir, borc alan borc verənin əldə etdiyindən daha yüksək faiz ödəyir, nəticədə aradakı fərqi maliyyə vasitəçisi qazanır.
Bank çox sayda borc alan və borc verənin fəaliyyətini cəmləşdirir. Bank borc verənlərdən depozit toplayaraq onlara faiz ödəyir. Sonra bank bu depozitləri borc alanlara verir. Banklar müxtəlif ölçüdə borc alan və borc alanın fəaliyyətini koordinasiya edir. Beləliklə, banklar pul axımının təzminatçısı kimi çıxış edir.
Korporativ maliyyənin bir nümunəsi səhmlərin şirkət tərəfindən investisiya bankları kimi institusional investorlara satılmasıdır. İnvestisiya bankları adətən bu səhmləri investorlara satır. Səhmi əldə edən şirkətdə pay sahibi olur. Əgər XYZ şirkətinin bir səhmini alırsansa və şirkətin 100 səhmi varsa (investorların əlində), sən şirkətin 1 faizinə sahib olursan. Əlbəttə, bunun müqabilində şirkət nağd əldə edir və bununla fəaliyyətini genişləndirir. Bu proses "sərmayə ilə maliyyələşmə" adlanır. Sərmayə ilə maliyyələşmə istiqraz vərəqlərinin satılması (və ya digər borc ilə maliyyələşmə) şirkətin kapital strukturunu təşkil edir.
Maliyyədən fiziki şəxlər (şəxsi maliyyə), hökümət (dövlət maliyyəsi), şirkətlər (korportaiv maliyyə) və məktəblərdən tutmuş qeyri-mənfəət qurumlarına qədər geniş spektrdə istifadə olunur. Ümumiyyətlə, yuxarıdaki fəaliyyətlər öz məqsədinə çatmaq üçün institusional mexanizmindən asılı olaraq uyğun maliyyə aləti və metodundan istifadə edir. Maliyyə biznesin idarə edilməsinin ən vacib amillərindən biridir. Uyğun maliyyə planı olmadan yeni müəssisə uğur qazana bilməz. Pulun (likvid aktiv) idarə edilməsi fiziki və hüquqi şəxslərin gələcəyinin təminatı üçün vacibdir....
Şəxsi maliyyə
Şəxsi maliyyə əsasən aşağıdakı suallara cavab axtarır:
- Bir şəxsin (və ya ailənin) nə vaxt, nə qədər pula ehtiyacı olacaq?
- Bu pul hardan və necə əldə ediləcək?
- İnsanlar özlərini gözlənilməz şəxsi və ümumi iqtisadi hadisələrdən necə qoruya bilərlər?
- Ailənin aktivləri gələcək nəsillərə (hədiyyə və vərasət) ən yaxşı halda necə transfer olunur?
- Vergi siyasəti (vergi endirimi və cəzası) şəxsi maliyyə qərarlarına necə təsir edir?
- Kredit şəxsin maliyyə vəziyətinə necə təsir edir?
- İqtisadi qeyri-sabitlik şəraitində şəxs gələcək maliyyə vəziyyətini necə möhkəmləndirə bilər?
Şəxsi maliyyə qərarlarına, eyni zamanda, təhsil haqqının ödənilməsi, davamlı malların, məsələn ev və maşının alınması, hər növ sığortanın əldə edilməsi, pensiya dövrü üçün nəzərdə tutulan investisiya və yığım qərarı və borcun qaytarılması mexanizmi də daxildir.
Korporativ maliyyə
Menecment və ya korporativ maliyyə şirkətin fəaliyyəti üçün fondların təmin edilməsi vəzifəsini daşıyır. Kiçik bizneslər üçün bu KOB şirkətlər maliyyəsi adlanır. Ümumiyyətlə risk və gəlirliliyin tarazlığını qorumaq şərtilə qurumun varlıq dəyərini və səhminin qiymətinin maksimuma çatdırmaq məqsədi daşıyır.
Uzun müddətli fondlar səhmdarlar və uzun müddətli kredit (əsasən, istiqraz vərəqəsi) vasitəsilə təmin olunur. Fondların müxtəlif növləri arasında tarazlıq şirkətin kapital strukturu adlanır. Qısa müddətli fondlaşma və ya fəaliyyət kapitalı, adətən, banklardan kredit xətti alınaraq təmin olunur.
Maliyyə ilə yaxından əlaqəli olan bir başqa biznes qərarı isə investisiya və ya fondların idarə edilməsidir. İnvestisiya bir aktivin dəyərini qoruyacağı və ya artıracağı ümidi ilə əldə edilməsidir. İnvestisiya menecmentndə – portfelin seçilməsi – nəyə nə qədər və nə vaxt investisiya ediləcəyinə qərar verilməlidir. Bu məqsədlə şirkət aşağıdakıları etməlidir:
- - Uyğun məqsədlərin və məhdudiyyətlərin müəyyən edilməsi: institusional və ya şəxsi məqsədlər, müddət üfüqü, riskdən qaçma və verginin nəzərə alınması,
- - Uyğun strategiyanın müəyyən edilməsi: aktiv və ya passiv – qorunma strategiyası
- - Portfelin performansının ölçülməsi
Maliyyə menecmenti muhasibatın maliyyə funksiyası ilə paraleldir. Ancaq, maliyyə muhasibatı keçmişə aid maliyyə hesabatlarının verilməsi ilə məşğuldursa, maliyyə qərarı birbaşa şirkətin gələcəyinə yönəlir.
Kapital
Kapital, maliyyə baxımından, pul miqdarıdır ki, biznesin gücünü artırır ki, lazım olan əmtəəni satın alaraq başqa malları istehsal etsin və ya xidmətləri təklif etsin.
Büdcəyə ehtiyac
Büdcə biznes planını göstərən sənəddir. Biznesin məqsədini, qoyulan hədəfləri və nəticələri maliyyə terminləri ilə; başqa sözlə satış üçün hədəflənən qiymət, xərc, artım, planlaşdırılmış satışın əldə olunması üçün tələb olunan investisiya və maliyyə mənbəyi. Büdcə həm qısa, həm uzun müddətli ola bilər. Uzun müddətli büdcə 5-10 ili əhatə edir və şirkətin gələcək görüntüsünü göstərir, qısa müddətli büdcə ilə bir illikdir və müəyyən bir ildə davam edən fəaliyyəti əhatə edir.
Kapital büdcəsi
Bu nəzərdə tutulan əsaslı aktivləri əhatə edir və onların alımının necə maliyyələşəcəyini göstərir. Kapital büdcəsi illik olaraq hazırlanır və uzun müddətli Kapitalın Təkmilləşdirilməsi Planının bir hissəsini təşkil etməlidir.
Nağd büdcəsi
Biznesin fəaliyyət kapitalı yetərliliyi daimi nəzarət altında olmalıdır ki, qısa müddətli xərcləri ödəyəcək fondlar vaxtında təmin olunsun.
Nağd büdcəsi gözlənilən nağd vəsaitin haradan əldə edildiyi və haraya sərf edildiyini göstərir. Nağd büdcəsi aşağıdakı əsas 6 hissədən ibarətdir:
- İlkin Nağd Balansı – son periodun yekun balansı.
- Nağd yığımlar – gözlənilən bütün nağd yığımları əhatə edir (əsasən satışlar)
- Nağd ödənişlər – qısa müddətli borclara ödənilən faiz xərclərini çıxmaqla planlanan bütün nağd məxariclərin siyahısını göstərir. Nağd pul axımına təsir göstərməyən digər xərclər bura daxil deyil (amortizasiya və aşınma xərcləri).
- Nağd artığı və ya çatışmazlığı – nağda olan ehtiyac ilə cari nağd vəsaitlərin fuksiyasıdır. Nağd ehtiyacını ümumi nağd məxarici və şirkətin tələb etdiyi minimum nağd balansının cəmi müəyyən edir. Cari nağd vəsaiti nağda olan ehtiyacdan azdırsa nağd çatızmazlığı yaranır.
- Maliyyələşmə – planlaşdırılan borclanma və ödəmələri (faizlə birgə) əhatə edir.
- Yekun Nağd Balansı – Nəzərdə tutulan yekun nağd balansını göstərir.
Maliyyə iqtisadı
Maliyyə iqtisadı iqtisadiyyatın bir sahəsidir. Real iqtisadiyyatla maraqlanan digər sahələrdən fərqli olaraq, maliyyə dəyişkənləri olan qiymətlər, faizlər və səhmlərin əlaqəsini öyrənir. Xalis maliyyədən fərqli olaraq maliyyə iqtisadı real iqtisadi dəyişkənlərin maliyyə dəyişkənlərinə təsiri üzərində ixtisaslaşır.
Maliyyə iqtisadı aşağıdakıları təhlil edir:
- Dəyərləndirmə – aktivin ədalətli qiymətinin müəyyən olunması
- Aktivin riskinin müəyyən olunması (aktivin uyğun endirim-diskaunt faizinin tapılması)
- Aktivin gətirəcəyi nağd pul axımlarının ölçülməsi (əlaqədar nağd pul axımının bu günkü dəyərinin tapılması, başqa sözlə diskaunt edilməsi)
- Bazar qiymətinin bənzər aktivlərin qiyməti ilə müqaisə (nisbi dəyərləndirmə)
- Nağd pul axımlarının həyata keçməsinin başqa hadisə və ya aktivdən asılılığı (törəmələr, şərti iddianın dəyərləndirilməsi)
- Maliyyə bazarlı və alətləri
- Əmtəə
- Səhmlər
- İstiqraz vərəqləri
- Pul bazarı alətləri
- Törəmələr
- Maliyyə institutları və nizamnamə
Maliyyə ekonometriyası maliyyə iqtisadının bir hissəsidir. Dəyişkənlər arası əlaqəni ekonometrik metodlardan istifadə edərək ölçür.
No comments:
Post a Comment