İstehasal infrastrukturunun mahiyyəti və vəzifələri

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaranmışdır. 


İqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşdirilməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuşdur. Bunların sırasında ən vaciblərindən biri kimi də «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» nı göstərə bilərik. Ölkədə mövcud olan sosial, iqtisadi, demoqrafik və digər problemlərin aradan qaldırılmasında bu qəbildən olan sənədlərin qəbul olunması böyük əhəmiyyətə malik idi. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003- cü il tarixli “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında ” Fərmanı bu istiqamətdə atılmış mühüm addım olmuşdur. Məhz həmin Fərmandan irəli gələn məsələlərin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Dövlət Proqramının həyata keçirilməsini əlaqələndirmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyində Regional inkişaf şöbəsi – Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Katibliyi yaradılmışdır.
Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda ölkə regionlarında iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlər, bununla bağlı dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edilmişdir. Proqramın əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı–ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına və daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə də gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsindən ibarətdir.
Regionların sosial-iqtisadi inkişafına yönəlmiş Dövlət Proq­ram­larının icrası aqrar istehsal infrastrukturunun inkişafına rəvac vermiş və yeni kompleks araşdırmaları, perspektiv parametrlərə münasibətin əsaslan­dırıl­masını zəruri etmişdir.
Odur ki, istehsal infrastrukturu kənd təsərrüfatı məhsul­ları is­teh­salının artırılmasına səmərəli təsir edərək, ölkədə ər­zaq təhlü­kəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oyna­dığı, eləcə də tədqiqat obyektinin kifayət qədər öyrənilməməsi nəzərə alın­maq­la kənd təsərrüfatında istehsal infrastruk­turunun inkişafının iqti­sadi problemlərinin nəzəri və praktiki cəhətdən tədqiqi xüsusilə əhəmiyyət kəsb edir.
1.Bazar iqtisadiyyatı şəraitində infrastruktur anlayışı və onun mahiyyəti.
İnfrastruktur anlayışı, hərfi mənasına görə latın sözü olan infro aşağı, alt və struktura quruluş, yerləşmə sözlərinin birləşməsindən alınan, iqtisadi sistemin əsası, onun daxili quruluşu kimi başa düşülür. İqtisadi fikir tarixində, ilk dəfə olaraq bu ifadə XIX əsrin axırlarında silahlı qüvvələrin həyat fəaliy­yətini təmin edən obyekt və tikililəri adlandırmaq üçün istifadə edilmişdir.
Bazar iqtisadiyyatında infrastruktur bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif bazar subyektlərinin – istehsal, sosial, bazar, maliyyə-kredit, institusional, kommersiya, ekoloji və informasiya sistemlərinin ümumi şəraitini təmin edən sahələrin məcmusunu əhatə etməlidir. İstehsal amillərinin qarşı­lıqlı əlaqəsinə, istehsalın təbiət və xüsusiyyətlərinə, eləcə də müasir iqtisadi baxışlara əsaslanaraq istehsal infrastrukturuna isə aşağıdakı kimi yanaşmaq, fikrimizcə, daha məqsədəuyğun olardı. İstehsal infrastruk­turu- istehsalın inkişafına xidmət edən, enerji-yanacaq, yük nəqliyyatı, rabitə-informasiya, su təchizatı və kanalizasiya kimi kompleks xarici mühit amilləri dəstidir.
İstehsal infrastrukturu ayrı-ayrı sahələrə xidmət göstərən özəklərin məcmusudur. Onun simasında hansısa bir sahəyə xid­mət göstərmək ifadəsi xarakterikdir. İstehsal infrastrukturu, əsasən, kollektiv istehlak xarakterlidir. İstehsala və ya yardım etdiyi başqa sahəyə xidmət edən infrastruktur qurum həmin prosesə bilavasitə təsir göstərsə də oradakı texnoloji və digər müvafiq prosesdən, adətən, kənardadır.
İnfrastrukturun məzmunu haqqında deyilənlər bazar iqtisa­diy­yatının müstəqil komponenti kimi fəaliyyət göstərən bazar in­frastruk­turu anlayışına da şamil edilir. Belə ki, bazar infra­strukturu dedikdə, iqtisadiyyatın ümumi strukturunun bazar siste­minə xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait yaradan tərkib hissəsi başa düşülür. İnkişaf etmiş bazar sistemi çox mürəkkəb quruluşa malikdir. Müasir bazar münasibətləri şəraitində bazarın vacib strukturlarından biri onun obyektlərinin iqtisadi təyinatına görə bir-birindən fərqləndirilməsi nəticəsində yaranır və aşağıdakıları əhatə edir: istehlak malları bazarı, əmək bazarı, elmi-texniki yenilliklər bazarı və s. Bazar iqtisadiyyatı şəraitində bu bazarların hər birinin həm ayrılıqda normal fəaliy­yəti, həm də onların səmərəli qarşılıqlı əlaqəsi inkişaf etmiş bazar infrastrukturu şəraitində mövcud olur və onun vasitəsilə həyata keçirilir.
Deməli, bazar infrastrukturu bazarın müxtəlif formalarının fəaliyyəti üçün zəruri iqtisadi mühitin yaranmasına xidmət edir, nəticədə isə bütövlükdə bazar iqtisadi sisteminin normal fəaliy­yəti təmin edilir.
Bazar infrastrukturunun ən vacib tərkib hissələri kimi əmtəə, fond, valyuta və əmək birjaları, lizinq kompaniyaları, banklar, auksionlar, yarmarkalar və sair çıxış edirlər.
Beynəlxalq infrastruktur xarici iqtisadi fəaliyyətə və beynəl­xalq ünsürlərə xidmət edən nəqliyyat, informasiya və rabitə sistemləri, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadəni, birgə obyektlərin normal fəaliyyətini təmin edən bir çox obyekt və qurğuların məcmusu deməkdir. İnfrastrukturların təkmilləşdirilməsi və inkişafı qarşılıqlı əmək bölgüsünün dərin­ləşdirilməsi və qarşılıqlı faydalı beynəlxalq təsərrüfat əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Regionların tarazlı inkişafını təmin etməklə ölkədə dayanıqlı sosial-iqtisadi irəliləyişə nail olmaq üçün son dövrlərdə Res­publika Prezidenti tərəfindən bir sıra fərmanlar qəbul edilmişdir. Bu fərmanlarda digər iqtisadi sahələrlə yanaşı sosial-iqtisadi infrastrukturun yaradılması və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Aparılan iqtisadi siyasətin nəticəsi olaraq büdcə təxsisat­larında kənd təsərüfatının inkişafına, nəqliyyat, rabitə, enerji, su təchizatı, maddi təchizat sistemlərinin, eləcə də digər istehsal infrastrukturu sahələrinin inkişafına əlavə olaraq vəsait ayrılması nəzərdə tutulmuşdur.
Ölkədə elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi nəticə­sində istehsalın həcminin artması məhsuldar qüvvələrin inkişafını bir neçə isti­qamətdə şərtləndirir. Birinci və başlıca istiqamət iqtisa­diyyatın ayrı-ayrı bölmələrində sosial-iqtisadi infrastruk­turların formalaşdırılmasından ibarət­dir. Bu iqtisadi proseslərin həyata keçirilməsi ictimai əmək bölgüsünün dərinləşməsi nəticə­sində yeni-yeni istehsal sahələrinin, o cümlədən yollar sisteminin, kommunikasıyaların, anbarların, nəqliyyat, rabitə, su təchizatı və kanalizasiya sistemlərinin və s. sahələrin yenidən qurulmasından ibarətdir.
Maddi istehsal sferasında gedən struktur dəyişikliklərli ilə əlaqədar kənd təsərrüfatında istehsal infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edir. İlk növbədə, infrastruktur sahələrin miqyası artır, nəqliyyat, rabitə sistemlə­rinin keyfiyyəti yüksəlir, anbar təsərrüfatı, yollar sistemi və enerji şəbə­kələri genişlənir. Bu qanunauyğunluq iqtisadi hadisə və proses­lərdə daim təkrarla­naraq, istehsalın dinamik inkişafına təsir göstərir.
Digər tərəfdən kənd təsərrüfatında istehsalın inkişafı ilə əla­qa­dar olaraq təkcə ənənəvi istehsal infrastrukturu sahələri- nəq­liy­yat, rabitə, su təchizatı, enerji təsərrüfatı və s. deyil, eyni zamanda yeni-yeni istehsal infrastrukturu-texniki təmir sahələri, maddi-texniki təchizat sahələri, tədris istehsalat kombinatlari və s. sahələr yaradılır. Həmin istehsal infrastruk­turu sahələrinin yaradılması müasir istehsal sahələrinin maddi-texniki təchizat, mühəndis-texnoloji xidmətlər və kadr patensialı ilə təmin olunma­sına xidmət edir. Beləliklə, artıq qeyd edildiyi kimi, infrastruktur ictimai təkrar istehsalın ayrılmaz hissəsi olmaqla, müəssisələrin ümumi işinə xidmət edən, əmək və kapital tutumlu sahələrdir. Bəzi mənbələrdə göstərildiyi kimi, infrastruk­turlar məhsul istehsalı üçün əlverişli iqtisadi, sosial və digər şəraitləri təmin edən sahələr kompleksidir. Qeyd edək ki, belə yanaşma infrastrukturların sosial-iqtisadi mahiyyətinə tam aydınlıq gətirmir. Belə ki, iqtisadi münasibət­lərin xarakterinə uyğun olaraq istehsal infrasturuk­turunun digər infrastruk­tur sahələri ilə qarşılıqlı əlaqəsi öz əksini tapmır. Istehsal infrastrukturuna aid olan məsələlərin daha dərindən təhlilini vermək üçün istehsal infrastrukturu problemlərinə istehsal münasibətləri çərçivəsində yanaşmaq zəruridir.
Digər sahələrdə olduğu kimi kənd təsərrüfatinda da mövcud in­frastruktur sahələri sosial-iqtisadi inkişafı sürətləndirərək əhalinin maddı rifah halının yaxşılaşmasına xidmət edir. Onların əksəriyyəti təkrar isteh­salın, maşın və mexanizmlərin işgörmə qabiliyyətinin yüksəldilməsinə təsir edərək məhsul istehsalının kəmiyyət və kefiyyətcə artımına şərait yaradır. Ona görə də kənd təsərrüfatında infrastrukturların mövcud vəziyyəti iqtisadi münasibətlərin, eləcə də geniş təkrar istehsal prosesinin inkişaf səviyyəsini əks etdirir.
Kənd təsərrüfatı məhsulları istehsalı prosesində infras­truk­turlar isteh­salçıların mənafelərinə xidmət edir. Belə ki, nəqliyyat, rabitə, su təchizatı, anbar təsərrüfatı, kanalizasiya sistemlərinin inkişafı və onların ayrı-ayrı infrastruktur elementlərinin təkmil­ləşdirilməsi xammal, material və hazır məhsul­ların dövriyyə sürətini artıraraq, əlavə xərcləri azaldır və nəticədə istehsal müəssisələrinin səmərəli fəaliyyətini təmin edir.
Eyni zamanda infrastrukturlar funksional fəaliyyət göstər­məklə, aid olduğu sahələrlə qovuşaraq geniş təkrar istehsal pro­seslərinin fasiləsizliyinin təmin edilməsində iştirak edir. Rabitə, nəqliyyat və digər istehsal in­frastrukturu sahələri iqtisadi pro­seslərdə tədavül vaxtını qısaldaraq, dolayı yolla kənd təsər­rüfatı məh­sullarının maya dəyərini aşağı salır və dəyərin forma­laş­masına xidmət edir.
Beləliklə, aydın olur ki, infrastrukturlar bir tərəfdən yüksək gəlir gətirməklə kənd təsərrüfatı məhsulları istehsalçılarının mənafelərinə xidmət edir, digər tərəfdən isə əmək və kapital tutumlu sahələr olduğundan onların inkişafı xərc tələb etdiyindən istehsalçıların gəlirlərini qismən azaldır.
Müasir dövrdə infrastrukturlar istehsal, sosial, bazar, insti­tusional, ekoloji və sair sahələrə xidmət etdiyindən həmin sahə­lərə müvafiq adlandırılırlar. Məsələn, istehsal infras­trukturu, sosial infrastruktur, bazar infrastrukturu, beynəlxalq infrastruktur, instisional və ekoloji infrastruk­turlar. İnkişaf tempi yüksəldikcə bunların hər birinin funksional fəaliyyəti geniş­lənmiş, əhəmiyyəti artmışdır.
Maddi istehsal sferasında fəaliyyət göstərən infrastrukturlar heç də bu proseslərdə eyni funksiyalar yerinə yetirmirlər. Müxtə­lif funksiyalar yerinə yetirən infrastrukturlar istehsal proseslərinə də müxtəlif cəhətlərdən təsir göstərirlər. Onların hər biri istehsal prosesinin konkret bir sahəsinə xidmət edirlər. Xidmət etdiyi sahələrə uyğun olaraq istehsal prosesində infrastruktur istehsal, sosial və institutsional infrastrukturlara bölünürlər. Məsələn, istehsal proseslərində istifadə edilən nəqliyyat vasitələri yerinə yetirdiyi funksiyalardan asılı olaraq həm istehsal, həm sosial və həm də institutsional infrastrukturlara aid edilirlər. Belə ki, işçi qüvvələrinin (sərnişinlərin) daşınmasına xidmət edən nəqliyyat vasitələri sosial infrastrukturuna, xammal- materialların və hazır məhsulların daşınmasına xidmət edən yük nəqliyyat vasitələri istehsal infrastrukturuna və inzibati idarəetmə aparatının rəhbər kadrlarına xidmət edən nəqliyyat vasitələri isə institutsional infrastruktu­ra şamil edilirlər. Beləliklə, əmək prosesləri zamanı birbaşa istehsala bağlı olub, onun inkişafına xidmət edən infra­struktur sahələr istehsal infrastrukturu adlandırılır. Eyni za­manda, əmək proseslərində istehsal-iqtisadi şəraitin bütöv­lüyünü və uzun ömürlülüyünü təmin edən texniki-təmir xid­mətləri də istehsal prosesinə aid edilməsə də, istehsal infras­trukturunun ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir.
İnfrastrukturlar fəaliyyət sferalarına, xidmət etdiyi sahələrə və fəaliyyət növlərinə görə də fərqləndirilir. Əmək proseslərində fəaliyyət göstərən işçilərin sağlamlığına, onların maddi və mənəvi rifah halının yüksəldilməsinə, əmək ehtiyatlarının təkrar isteh­salına xidmət edən infrastruktur sahələri sosial infrastruktur hesab edilir.
Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar, müasir istehsal funksi­yaları, əməyin xarakteri, mülkiyyət münasibətlərinin dəyiş­məsi yeni-yeni fəaliyyət sahələrinin (marketinq, menecment və s.) yaranmasına səbəb olmuşdur. İqtisadi idarəetmə sahələrinin fəaliy­yəti və inkişafına xidmət edən infrastruk­tur sahələri institutsional infrastrukturlar adlanır. İnstitutsional infra­struk­tur­ların iqtisadi fəaliyyətdə rolu böyükdür. Belə ki, iqtisadi sahələrin təşkilatı-idarəetmə funksialarının səmərəli fəaliyyətinin həyata keçirilməsinə xidmət edən funksional qurumlar, o cümlədən kre­dit təşkilatları, vergi, gömrük orqanları, hüquqi xidmət təşkilatları və s. institusional infrastruktura aid edilir.
İstər istehsal, istər sosial, istərsə də institusional infras­truk­turlar istehsal prosesində məhsul istehsal etmir, lakin istehsalın ümu­mi inkişafına xidmət edərək onun sürətlənməsinə şərait yara­dır. Yerinə yetirdiyi funksialardan asılı olaraq ilkin mərhələdən (istehsaldan) başlayaraq son istehlak sferasına qədər bütün mərhələlərdə istehsal prosesini maddi və qeyri maddi vəsaitlərlə təchiz edir. Göründüyü kimi, infrastruktur sahələri yaradılmadan istehsal prosesinin tamlığına nail olmaq mümkün deyildir. Çünki bu proseslərdə hər bir infrastruktur sahəsinin özünəməxsus yeri və rolu vardır.
İstehsal infrastrukturunun inkişafı istehsalın daha da inten­siv­ləş­­dirilməsi, cəmiyyətin maddi və mənəvi tələbatının ödə­nilməsi və insan amilinin fəallaşması ilə bağlı olan sosial məsələlərin həllinin zəruri şərtidir.
Makro səviyyədə infrastruktur cəmiyyətin bütün üzvlərinin ehtiyaclarının ödənilməsi və xalq təsərrüfatının səmərəli inki­şafını təmin edən ümumi iqtisadi və sosial şərtləri özündə bir­ləş­dirir və həmin şərtlər istehsalın əsas sahələri üçün la­zımdır. İnfrastrukturun bu və digər sahəsinin olmaması və ya on­ların xalq təsərrüfatının əsas sahələrinin tələblərinə cavab ver­məməsi həmin sahələrin inkişafının ləngiməsinə və nətiəcədə bö­yük itkilərə hətta, bəzi hallarda bu sahələrin fəaliyyətinin dayan­masına səbəb olur.
İnfrastruktur obyektlərinin fəaliyyətində baş verən çatış­maz­lıqlar bütünlüklə xalq təsərrüfatı sahələrinin inkişafına mənfi təsir göstərir. Məsələn, ölkədə və müəyyən ərazidə nəqliyyat şəbə­kəsinin zəif inkişaf etməsi istehsal sahələri ilə istehlakçıların əlaqəsini çətinləşdirir, məhsulların reallaşdırlımasını ləngidir, təkrar istehsalın təşkili pozulur.
2. İstehsal infrastrukturunun inkişafının strateji planlaşdırılması.
İstehsal infrastrukturuna məzmun və mahiyyət nöqteyi nəzərdən yanaşan zaman geniş təkrar istehsal prоsesinin mərhələlərinə nəzərən оnun funksiоnal təyyinatına fikir vermək lazımdır. Bu prоsesdə istehsal vasitələrinin satışı ilə istehlak infrastrukturu, istehlak şeylərinin reallışdırılması ilə isə sоsial infrastruktur təşkilatları məşğul оlur. Bölgü prоsesini isə institusiоnal in­frastruktur təşkilatları həyata keçirirlər.
İnfrastrukturun üç anlayışını fərqləndirmək lazımdır.
1. Mahiyyətə görə bu хalq təsərrüfatında məhsullar tədavülünü təmin edən sferadır.                  
2. İstehsal infrastrukturunun başlıжa vəzifəsi хalq təsərrüfatı kоmpleksinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə müəssisələr arası əlagələri tə­min etmək, оnları vahid təsərrüfat оrqanizmində birləşdirmək üçün əlverişli şərait yaratmaqdan ibarətdir.
3. İstehsal infrastrukturunun təhlili və planlaşdırılması prоsesində оnun funksiоnal-sahə strukturunu, yəni nəqliyyat-anbar halqası, infоrmasiya-kоm-munikasiya halqası, iş хidməti sferası kimi bölmələrini əsas götürmək lazımdır. İstehsal infrastruk­turu təkrar istehsal prоsesini-maddi nemətlərin tədavülü, оnların nəqliyyatlaşdırılması, yığılması, qablaşdırıması, saхlanması və satışının həyata keçirilməsi üçün əlverişli şərait yaradan оbyektləri əhatə edir.
İstehsala хidmət sistemi isə daha genişdir. Оnun vəzifəsi daha səmərəli şəkildə istehsal prоsesini daimi yeniləşdirməkdən ibarətdir. Birinжidən fərqli оlaraq bura istehsal infrastrukturu sahələri ilə yanaşı tədavül prоsesində məhsulun yenidən emalı, əsaslı təmir, avtоservis, maşın-servis və s. daхildir.
İstifadə səviyyələrinə görə хalq təsərrüfatı, regiоn və ayrı-ayrı müəssisələrin infrastrukturu fərqlənir. Belə fərq sahələrin alt sistemlərində də vardır. Məsələn, sənayenin, kənd təsərrüfatının, tikintinin infrastrukturu.
Хalq təsərrüfatı və regiоnal infrastruktur elementlərin miqdarına görə fərqlənir.Məsələn, nəqliyyat sistemində хalq təsərrüfat səviyyəsində Nəqliyyat Nazirliyinin  magistral dəmiryоl хətləri, regiоn səviyyəsində nazirliyin  magistral dəmiryоl хətlərindən ayrılan хətlər, lоkal (yerli) səviyyədə isə sənaye müəssisələrinin dalan dəmiryоl хəttləri fərqləndirilir. Eyni qayda enerji təжhizatı, su təжhizatı sistemlərində, rabitə sistemi və kоmmunikasiyalarda, iş хidməti sferasında, anbar sistemində də mövжuddur.
İstehsal infrastrukturunun inkişafını хarak­terizə etmək üçün iqtisadi mənbələrdə və ayrı-ayrı müəlliflərin əsərlərində zəruri iqtisadi göstəriжilər sistemi təklif оlunur.
İstehsal infrastrukturunun inkişafı göstəriжilərini müхtəlif fоrmalarda sistemləşdirmək оlar. Statistik və plan göstəriжiləri qruplarını şərh edək.
İstehsal infrastrukturunun statistik göstəriжilər qrupu оnun оbyektlərinin kəmiyyət və keyfiyyət tərəflərini əks etdirir. İstehsal infrastrukturunun yaranmış vəziyyətini хarakterizə edən statistik göstəriжilər жədvəl şəklində tərtib edilir, оnun mubtəda hissəsində infrastruktur sahələri və alt sahələr öz əksini tapır:
- bütövlükdə və növlər üzrə nəqliyyat: dəmiryоl, avtоmоbil, su (çay və dəniz), bоrukəmər, hava;
- bütövlükdə və növlər üzrə rabitə: pоçta, telefоn, teleqraf;
istehsalın maddi-teхniki təжhizatı sferası bütövlükdə və növlər üzrə: tоpdansatış tiçarət, maddi teхniki təminat, məhsulların tədarüku və satışı.
Çədvəlin хəbər hissəsində istehsal infrastrukturunun sahə elementlərinin vəziyyətini хarkterizə edən göstəriжilər aşağıdakı blоklar üzrə əks оlunur:
- natural (жinsi) ifadədə infrastrukturun mad­di-teхniki bazasını əks etdirən:
a) aktiv hissə ("dartıжı heyəti");
b) passiv hissə ("şəbəkənin inkişafı").
 infrastrukturun maddi-teхniki bazasının keyfiyyəti:
a) əsas istehsal fоndlarının aktiv hissəsinin хüsusi çəkisi;
b) əsas istehsal fоndlarının passiv hissəsinin хüsusi çəkisi.
-  infrastrukturun istehsal resursları:
a) əmək resursları;
b) əsas fоndları;
v) maddi dövriyyə vəsaiti;
q) əsaslı vəsait qоyuluşu;
-  yerinə yetirilən işlərin həжmi:
a) natural (жinsi) ifadədə;
b) dəyər ifadəsində.
infrastruktur sahələrini qarşılıqlı əlagələndirmək və жalamaq üçün göstəriжilər:
a) bazis sahələri ilə;
b) sahələrarası elementlərlə.
Plan hesablamaların məntiqinə müvafiq оlaraq istehsal infrastrukturunun plan göstəriжilərini aşağıdakı blоklarda qruplaşdırmaq оlar:
- infrastruktur sahələrinin хidmətlərinə tələbatını, maddi istehsal sahələrinin bazis inkişafını əks etdirən göstəriжilər;
- infrastrukturun istehsal göstəriжidən istifadə səviyyəsini əks etdirən, istehsal resurslarının vəziyətini, istifadə dərəжəsi və dinamikasını хarakterizə edən göstəriжilər;
 infrastruktur sahələrində хidmətlərin  həжmi göstəriжiləri; .
- istehsal infrastrukturu və elementlərinin inkişafı üzrə məqsədli meyllər.
3. İstehsal infrastrukturunun iqtisadi rayonlar üzrə inkişaf meyilləri.
         Ölkəmizin bütün ərazisində kənd təsərrüfatı məhsullarının isteh­salı və ona müvafiq olan istehsal infrastrukturunun mövcud­luğu milli iqtisadiyyat üçün xarakterikdirRespublikada dinamik iqtisadi inkişafın dəstəklənməsi üçün ayrı-ayrı iqtisadi sahələrin və onların infrastrukturlarının kompleks şəkildə innovasiyalı inkişafı təmin olunmaqdadır.
Belə kiAbşeron iqtisadi rayonunda istehsal infrastruk­turu­nun inkişafında paytaxta yaxınlıq amili mühüm rol oynayırRespublikanın sənaye sahələrinin yarıdan çoxuəha­linin isə üçdə biri bu ərazidə cəmləşdiyindənburada istehsal infrastruk­turu nisbətən yaxşı inkişaf etmişdirAparıcı sənaye sahələrindən neft-kimya sənayesikimyamaşınqayırmaenergetikaqara və əlvan metallurgiyayeyinti və yüngül sənaye sahələrinin çox hissəsinin burada yerləşməsi məskunlaşma sisteminə və istehsal infrastu­ruk­tu­runa xüsusi diqqət tələb edirMüxtəlif sənaye sahələrinin möv­cudluğu bu sahələrin inkişafına təkan verən istehsal infrastruk­turunun da inkişafına səbəb olmuşdur.
Abşeron iqtisadi rayonunda istehsal güclü elektro-energetika kompleksi yaradıl­mış­dırYaxın keçmişdə bu enerji kompleksi vasitəsilə nəinki ölkənin enerji təchizatı ödənilirdihətta, 1990-cı illərə qədər DağıstanGürcüstan və bədnam Ermənistana da xeyli miqdarda elektrik enerjisi verilirdiHazırda «Şimal», «Qırmızı Ulduz», və digər elektrik stansiyalarıSumqayıt 1  2 saylı istilik enerjisi mərkəzləriMin­cevir-Bakı elektrik xətti ilə alınan enerji kompleksi vasitəsi ilə mövcud sənaye sahələrinin enerji təchizatı təmin olunurÖlkəmizdə hasil olunan neft və qazın xeyli hissəsi Abşeron iqtisadi rayonunun ərazisində əldə olunurNeft-qaz sənayesinin əsas obyektləri məhz burada fəaliyyət göstərirNeft və qaz sənayesinin güclü inkişafı neft-maşınqayırmametallurgiyaistilik enerjisi stansiyaları və tikinti materialları istehsalı sahələrinin yaradılmasına təkan vermişdirBurada Səttarxan adınaKeşləBinəqədiSuraxanı zavodlarıdərinlik nasoslarıdiyircəkli baltarotormüxtəlif neftmaşın­qayırma dəzgahlarıdərin quyularda müxtəlif əmə­liyyatlar aparan qurğular istehsal edən müəssisələr mövcuddur.
Əlvan metallurgiya sahəsi də Abşeron rayo­nunda xeyli yüksək nəticələr əldə edilmişdirBurada alüminium məftillərrəngli metal prokatı və sistehsal sahələri mövcuddurHəmçinin Bakı Vaqon Təmiri zavoduGəmiqayırma və Gəmi Təmiri zavodlarıiri maşınqayırma və dəzgahqayırma zavodları da iqtisadiyyatın inkişafına xeyli təsir göstərmişdir.
Abşeron iqtisadi rayonunda mövcud olan kənd təsərrüfatı müəssisələ­rini təmin etmək üçün su təchizatı sahəsində xeyli prob­­lemlər mövcuddurBu problemin həllinin bir hissəsi Xaç­maz-Bakı şollar su və Kür çayından çəkilən su qurğularının və Abşeron kanalının hesabına həyata keçirilirLakin bunlar da prob­lemin tam həlli demək deyildirSosial və istehsal infra­strukturunu inkişaf etdirmək üçün Oğuz və Qəbələdən yeni su xəttinin çəkilməsi başa çatdırılmışdır.
Respublikanın mərkəzi hakimiyyət orqanlarının Bakı şəhərin­də yerləş­məsi və oradan dünya ölkələri ilə əlaqə saxlanılması rabi­tənin inkişafına təkan vermişdirBurada bütün növ güclü rabitə şəbəkələri-poçtelektrikfeldyeger və optik rabitə şəbə­kələri mövcuddurMüxtəlif rabitə sistemlərinin idarəetmə mərkəzləriTeleviziya və Radio Verilişləri şirkətləri burada yerləşirAbşeron iqtisadi rayonunun ərazisində yerləşən yaşayış mən­təqələri və sənaye müəssisələri müasir tipli rabitə və teleko­m­munika­siya qurğuları ilə əhatə edilmişdirBu iqtisadi rayonda son on il ərzində maliyyə infrastrukturları inkişaf etmişdir.
Azərbaycanın Quba-Xaçmaz iqtisadi rayonunda da fəaliyyət göstərən istehsal sahələrinin inkişafına uyğun olaraq istehsal infrastrukturları mövcuddurBurada iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsullarının isteh­salıemalı və satışı təşkil edirİqlim və torpaq şəraitinin əlverişli olması bu iqtisadi rayonda taxılüzüm və meyvə-tərəvəz məhsullarının yetişdirilməsi və məhsul­darlığının artırılmasına öz təsirini göstərmişdirBurada tərəvəz­çilik – kartofçuluqmeyvəçilikbağçılıq və heyvandarlıq sahələri də inkişaf etdirilmişdirKənd təsərrüfatı məhsullarının inkişafı Xaçmaz-Şabran rayon­larındaGiləzidə meyvə-tərəvəzkonservşərab və süd məhsulları emalı zavodlarıtaxıl məhsulları kom­binatXudatda balıq unu istehsal edən zavodun yaradıl­masına şərait yaratmışdırBu emal sahələri iqtisadi rayon üçün böyük əhəmiyyətə malikdir.
Ərazidə neftçınqılgilqumqırmadaş kimi yeraltı sərvət­lərin ehtiyatları da mövcuddurQubadan cənub-qərb istiqamə­tində mövcud olan yanar şist yataqları böyük iqtisadi əhəmiyyətə malikdirBu yeraltı sərvətlər hesabına Quba-Xaçmaz kərpizavoduGiləzidə qum-çınqıl karxanası kimi tikinti materialları sənayesi yaradılmış və bölgənin iqtisadiyyatına xeyli gəlir gətirirQuba-Xaçmaz iqtisadi rayonunda ağır sənaye sahələrinin də inki­şafına etdirilməyə başlanılmışdırXaçmazda yaradılmış qara me­tal qırıntılarının emalı zavoduSiyəzənneftin neft mədənləriQu­ba elektrotexnika zavodu fəaliyyət göstərirBurada QusarGilgil və Samur çayları hesabına yaradılmış Samur-AbşeronSaqar-Si­dir kanalları vasitəsilə suvar­ma sistemləri həyata keçirilirYüksək dağ massivlərindən dənizə doğru axan çayların üzərində qurulan QusarQubaNügədi və digər təsərrüfat daxili elektrik stansi­yalarından alınan enerji bölgədə istehsal sahələrinin enerji təmi­na­tının yaxşılaşmasına xidmət edir.
Əlverişli nəqliyyat coğrafi mövqedə yerləşən Xaçmazın əra­zisindən keçən Bakı-Dərbənd dəmiryoluşosse yolusu və neft kəmərləri iqtsadiyyatın inkişaf etdirilməsində mühüm strateji əhə­miy­yətə malikdirXəzər dənizinə birbaşa çıxışın olması rayon­lararası əlaqələrin yaranması baxımından mühüm iqtisadi mahiy­yət kəsb edirİnkişaf etmiş nəqliyyat infrastrukturunun mövcud­luğu kənd təsərrüfatı məhsullarının xarici ölkələrə daşınmasını sürətləndirmişnəticədə bölgə əhalisinin ümumi iqti­sadi vəziyyə­tini xeyli yaxşılaşdırmışdır.
Mövcud istehsal sahələrinin bazası əsasında istehsalıneləcə də istehsal infrastruk­turunun inkişafı üçün əlverişli zəmin vardır.
Azərbaycanın Kür-Araz ovallığında yerləşən Aran iqtisadi rayo­nuna SalyanSaatlıSabirabadHacıqabulNeftçalaBiləsu­varGöyçayca­bədiAğdaşBeyləqanKürdəmir inzibati rayonları və respublika tabeliyində olan Şirvan şəhəri daxildirƏlverişli iqtisadi-coğrafi mövqeyə və su ehtiyatına malik olması bu ərazidə kənd təsərrüfatı məhsulları istehsalı üçün zəmin yaratmışdırMingəcevir su anbarından çəkilmiş Qarabağ kanalıKür çayının sağ qolları Tərtər çayıXaçınçayİncəçay və digər kiçik çaylar burada suvarma sistemini əmələ gətirir.
Aqrar sahənin inkişaf etdirilməsiemal sənayesi­nin müxtəlif sahələrinin inkişafına səbəb olmuşdurİqtisadi rayonun mərkə­zindən keçən yollar şəbəkəsi ölkənin ayrı-ayrı iqtisadi rayonlarını bir-biri ilə əlaqələndirirBazar iqtisadiyyatına keçid dövründə yaranmış olan çətinlikləri ucbatından üzüm və pambıq istehsalı bir qədər azalmışaparılan sistemli tədbirlər hesabına heyvandar­lıq məhsullarıtaxıl və bostan-tərəvəz məhsulları istehsalı art­mışdırBaş Muğan və Əzizbəyov adına kanalların su təchizatı hesabına bostantərəvəz və taxıl­çılıq inkişaf etdirilmişdir.
Kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq yüngül və yeyinti sənaye sahələrində tərəqqi əldə edilmişdirŞirvan şəhə­rində yağ zavoduBankə qəsəbəsində balıq kombinatıQazıməm­məddə ətsüd kombinatıunüyütmə və çörəkbişirməqarışıq yem istehsalıbalıq yetişdir­mə zavodu fəaliyyət göstərirİqtisadiyyatın aparıcı sahəsi sayılan neft və qazçıxarmaelektrik enerjisimaşınqayırmakimya və yüngül sənaye sahə­ləri region iqtisadiy­yatının inkişafında önəmli yer tuturQuru səthində neft hasilatı sahəsində respublikada istehsal olunan neft və yanacaq qazının üç­dən biriKürsəngiQarabağlıŞirvanneftSalyanneftXıllıneftNeftçalaneft yataqlarından hasil olunur.
Şirvan İES-də istehsal edilən elektrik enerjisi respublikanın enerji ilə təchizatının xeyli hissəsini təmin edir.
Neftçala və Xıllı yod-brom yataqlarının istehsal etdikləri xammal hesabına kimya və neft-kimya sənayesinin müvafiq sahələrinin tələbatı ödənilirNeftçala və Abşeron inzibati rayon­larından xammalları hesabına Salyanda müxtəlif çeşidli məişət avadanlıqları istehsal edən plastik kütlələr zavodu fəaliyyət gös­tərirSalyanda qaynaq avadanlığı zavoduŞirvan şəhərində relslərin qaynaq edilməsi, cihazqayırma zavodu, mayesiz trans­formatorlar zavodu və kənd təsərrüfatı maşınlarının təmiri müəs­sisələri fəaliyyət göstərirBu iqtisadi rayonda olan maşınqayırma və metal emalı sənayesi bir sıra iqtisadi sahələrin inkişafına səbəb olmuşdur.
İnkişaf etmiş nəqliyyat infrastrukturunun mövcudluğubura­da olan dəmir və avtomobil yolları Aran iqtisadi rayonunun inkişafına öz təsirini göstərmişdirBakı-Astara dəmir yolları və müxtəlif istiqamətlərdə uzanan avtomobil yolları ilə sənaye əhə­miyyətli yüklərin daşınmasında istifadə edilirİpək yolunun bərpası respublikanın hər yerində olduğu kimibu iqtisadi rayo­nun da inkişafına öz təsirini göstərir və gələcəkdə də göstərə­cəkdirƏrazidən axan Kür çayı kiçik gəmilərdən nəqliyyat vasi­təsi kimi istifadəyə imkan verir.
Lənkəran iqtisadi rayonu Azərbaycanın cənub-şərq hissəsində rütubətlisubtropik ərazidə formalaşmışdırƏlverişli iqlim və relyefə malik olması respublikanın digər rayonlarına nisbətən bura­da əhalinin daha sıx məskunlaşması üçün şərait yaratmışdır.
Xəzər dənizi hövzəsinə aid olan AstaraLənkəranGöytəpəViləş və Tənəkürd çayları üzərində yaradılan süni göllər su təchizatı baxımından böyük iqtisadi əhəmiyyət daşıyır.
Əlverişli iqlim-torpaq şəraitinin və bol su ehtiyatının mövcud olması burada kənd təsərrüfatının müxtəlif sahələrinineləcə də yeyinti və yüngül sənaye sahələrinin inkişaf etdirilməsinə səbəb olmuşdur.
Lənkəran iqtisadi rayonunun hərtərəfli inkişafı üçün mövcud nəqliyyat infrastrukturunun müstəsna əhəmiyyəti vardırHazırda fəaliyyətdə olan Bakı - Astara dəmir yolu və onunla paralel olan avtomobil yolu yükdaşıma­ların daha ucuz başa gəlməsini təmin edirƏrazidə istehsal olunmuş məhsulların qısa müddətdə satış bazarına çıxarılmasına şərait yaradırBuradan keçən avtomobil yolu İran İslam Respublikası ilə iqtisadi əlaqələrin inkişaf etməsi baxımından mühüm vasitə hesab olunur.
Dağlıq-Şirvan iqtisadi rayonuna relyefin dağlıq və düzənlik olmasıtəbii şəraitin müxtəlifliyi istehsal infrastruk­turunun müxtəlif istiqamətdə forma­laş­ması və inkişafına öz təsiri­ni göstərmişdirİqtisadiyyatın əsasını kənd təsər­rüfatı məhsul­ları­nın istehsalı təşkil etdiyindən istehsal infrastrukturları sırasında su təchizatı sistemləri önəmli sahə hesab edilirAğsuçayGird­man­­çayGöyçayYuxarı Şirvan kanalı və Turyançay suları vasi­təsilə isə ərazinin xeyli hissəsinin suya olan tələbatının ödənil­məsi üçün tədbirlər həyata keçirilirLakin yay aylarında bu çay­ların suları kəskin sürətdə azaldığından əkin sahələrinin suya olan tələbatı ödənilmirOna görə də süni suvarma sistemləri Dağlıq-Şirvan iqtisadi rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırıl­masında həlledici amil hesab edilir.
Ərazidə əhalinin sayının artdığını və şoran torpaqların yaxşı­laş­­dırılması tədbirləri nəzərə alınarsa əkinçiliyin gələcəkdə inkişaf etdirilməsi məqsədilə ayrı-ayrı su mənbələri ehtiyat­larının yara­dılması və su itkilərinin qarşısının alınması üçün lazımi iqtisadi tədbirlərin görülməsi məqsədəmüvafiqdirYararlı və xeyli hissəsi suvarıla bilən torpaq sahələrinin mövcudluğu burada kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etməsinə səbəb olmuşdurBitkiçilik və hey­vandarlıq məhsulları istehsa­lının artımı ona müvafiq emal sənayesi sahələrinin inkişafına köməklik göstərmişdir.
Dağlıq Şirvan iqtisadi rayonunda mövcud olan nəqliyyat infra­st­ruk­turu ölkənin digər rayonları ilə iqtisadi əlaqələrin yara­dıl­masına və iqtisadiyyatın inkişaf etdirilməsinə öz təsirini göstər­­mişdirƏrazidən keçən avtomobil və dəmiryol xətləri ölkə­nin rayonlarının xarici ölkələrlə əlaqələndirilməsinə köməklik göstər­mişdirKeçid iqtisadiyyatının mövcud çətinlikləri bu iqtisadi rayonun da inkişafına öz təsirini göstərmişdirEmal sənayesi üçün əsas xammal olan üzümlüklər və pambıqçılıq sahə­ləri xeyli azalmışnəticədə emal sənayesinin fəaliyyəti zəiflə­mişdirƏkinə yararlı torpaq sahələrinin və suvarma sistemlərinin mövcudluğu digər iqtisadi rayonlara nisbətən bu iqtisadi rayonda kənd təsərrüfatının intensiv inkişafı üçün əlverişli şərait yaratmışdır.
Gəncə-Qazax iqtisadi rayonuna DaşkəsənXanlarSamuxGoran­boyQazaxAğstafaGədəbəyTovuz və Şəmkir inzibati rayonları və Respublika tabeliyində olan Gəncə və Naftalan şəhərləri daxildirİqtisadi rayonun ərazisindən keçən GəncəçayKürən­çayZəyəmçayGorançayKorçay və İncəçay çaylar şəbəkəsi su təchizatı sistemini əmələ gətirməklə kənd təsərrüfatı məhsullarının istehsalının əsasını təşkil etmişdirKənd təsərrüfatı xammalları hesabına yeyinti sənaye sahələri inkişaf etdirilmişdirYaxın keçmişdə yağ-piy kombinatında pambıq çiyidindən istehsal edilən müxtəlif növ sabunlarqliserin və tullantılardan alınan heyvandarlıq üçün qiymətli yem ölkə tələbatını ödəməklə yanaşı xarici ölkələrə də ixraedilirdiGəncə şəhəri və Göygöl inzibati rayonunda şərab və konyak istehsal edilirdi kibu da respublikada müvafiq istehsalın xeyli hissəsini təşkil edirYeyinti sənaye sahələri ilə yanaşı yüngül sənaye sahələrixüsusi ilə pambıq və yun parçaxalçatikiş və toxuculuq məmulatları istehsalı inkişaf etdirilmişdir.
Gəncə iqtisadi rayonunun ərazisi respublika üçün böyük səna­ye əhəmiyyətinə malik müxtəlif növ faydalı qazıntılarla zəngindirBurada tikinti və inşaat işləri aparmaq üçün sement və başqa xammal ehtiyatları vardır kibaşqa yerlərə daşınaraq emal edilirYerli faydalı qazıntılartəbii mineral xammal ehtiyatları və kənd təsərrüfatı məhsullarının xammalları Gəncə iqtisadi rayo­nunda sənayenin inkişafına təkan vermişdirBurada olan kifayət qədər elektrik enerjisisu təchizatı və digər istehsal infrastruk­­turlarının mövcudluğu xammal ehtiyatı ilə birlikdə əl­van metallurgiya sənayesinin inkişafına təkan vermişdirGəncədə Daşkəsənin zəylik alunit yataqları hesabına işləyən alüminium za­vodu tikilib istifadəyə verilmişdirZavodun istehsal çeşidi müxtəlifdirBurada korund mineralından elektroliz üsulu ilə alüminium filizisulfat turşusuonun duzlarıkalium gübrələrilatun borular və sistehsal edilirHəmin zavodda istehsal edilən alüminium oksidi Sumqayıt alüminium zavoduna göndərilə­rək orada elektrik məftillərialüminium vərəqələri və sməhsullar hazırlanırHazırda bu zavodun fəaliyyəti nisbətən zəifləmişistehsal edilən məhsullar isə yalnız yerli tələbatın ödənilməsinə kifayət edir.
Gəncədə maşınqayırma sənayesinin inkişafı ilə əlaqədar olaraq burada fəaliyyət göstərən kənd təsərrüfatı maşınlarının təmiri zavodunda bütün markalardan olan avtomo­bil­lərin təmiri həyata keçirilirMexaniki zavodda rabitə və texniki avadan­lıqlar, Cihazqayırma zavodunda pnevmatik relemüxtəlif nasoslarsayğalar və sistehsal edilirGəncə avtomobil zavodunun yaradılması ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malikdirYerli xammallar hesabına meşə və ağaemalı sənayesidəmir-beton məmulatlarıkərpic-kirəmid və mərmər zavodları fəaliyyət göstərir.
İori və Kür çayının keçdiyi ərazilərdə bu çaylardan su kəmərləri çəkil­mişnohur və göllər yaradılmışdır kibundan da əkin sahələrinin suvarılmasında istifadə edilir.
Bu iqtisadi rayonun kompleks inkişafında nəqliyyat sistemi əhəmiy­yətli rol oynayır. Rayon Azərbaycanı Gürcüstan və Qara Dənizin sahilləri ilə birləşdirən Bakı-Tbilisi dəmir yolu və avtomobil yolları üzərində yerləşir. Mərkəzi hissədən keçən də­mir yolu Daşkəsənin filiz mədənləri ilə Quşçu körpüsü və ayrı-ayrı dəmir yol stansiyaları arasında asma kanat yolu iqtisadi inkişafda əhəmiyyətli rola malikdir. Bakı-Supsa, Bakı-Ceyhan neft kəmər­lərinin bu ərazidən keçməsi iqtisadi rayonun əhəmiy­yətini bir daha artır­mışdır .
Şəki-Zaqatala iqtisadi rayonuna Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qax inzibati rayonlarının əraziləri aiddir. Burada relyefin müxtəlif­liyi, yağıntının bolluğu, əlverişli iqlim şəraiti kənd təsərrüfatının bütün sahə­lərinin inkişafına öz təsirini göstər­mişdir. Alazan-Həftəran vadisində və Acı-Nohur ərazilərin­də kənd təsərrüfatı məhsulları istehsalı inkişaf etdiril­mişdir. İqtisadi rayonun ərazisi su ilə qismən yaxşı təchiz edilir. Belə ki, Bala­kən, Katex, Pala, Gümrük, Şin, Qaraçay, Kiş, Mazım çaylar şəbəkə­sini əmələ gətirərək, regionun su problemlərinin həllində mühüm rol oynayır. Gələcəkdə bu dağ çaylarından energi mənbəyi kimi istifadə edilməsi məq­sədə-müvafiqdir.
Şəkidə (Nuxa) 1827-ci ildə tikilən ipək kombinatı bu iqtisadi rayon üçün böyük iqtisadi əhəmiyyətə malik olmaqla yüngül sənayenin əsasını qoymuş və respublika üzrə istehsal edilən ipəyin yarıdan çoxunu vermişdir. Burada Şəki, Qəbələ, Balakən və Zaqatala tütün fermentasiya fabrikləri, Şəki tikiş fabriki, Zaqatala ətriyyat-kosmetika fabriki fəaliyyət gös­tərir. İqtisadi rayonun ərazisində xeyli miqdarda əhəng və gil yataqları mövcuddur. Gələcəkdə bu kimi xammal mənbələrindən istifadə edilməsi böyük iqtisadi əhəmiyyətə malik olacaqdır.
Naxçıvan iqtisadi rayonuna Naxçıvan Muxtar Respubli­kası­nın tabeli­yin­də olan Naxçıvan, Babək, Culfa, Ordubad, Şahbuz, Şərur, Kəngərli və Sədərək inzibati rayonlarının əraziləri daxil­dir.Bu iqtisadi rayonda kənd təsərrüfatının bütün sahələri inkişaf etdirilmişdir Vayxır su anbarının tikilməsi ilə burada suva­rılan sahələrin genişləndirilməsi və kənd təsərrüfatı məhsul­la­rının is­teh­sa­lının artırılması nəzərdə tutulmuşdur.
İstehsal amillərinin  zənginliyi Naxçıvan iqtisadi rayonu­nun is­tehsal infrastrukturunun formalaşmasına öz təsirini göstə­rir. Lakin iqtisadi sistemin dəyişməsi, erməni işğalçıları ilə aparılan müharibə, blokada vəziyyəti və maliyyə çatış­mazlıq­ları hələlik bu sahələrdən istifadəni ləngitmişdir. Belə ki, möv­c­ud sənaye obyektlərinin çoxu, məsələn, Şüşə qablar zavo­du, Mine­ral sular birliyi, Naxçıvan xalçaçılıq kombinatı, Alt trikotaj, Tikiş fabrik­ləri, Radiotexnika zavodu və başqaları çox böyük müəssisələr olmasına bax­mayaraq kifayət qədər xammalın olmaması və istehsal infrastrukturunun inkişafının aşağı səviyyəsi ilə əlaqədər tam gücü ilə işləmir. Onların fəaliyyətinin bərpası üçün görüləcək iqtisadi tədbirlərlə yanaşı istehsal infrastruk­turlarının inkişafı istiqamətləri də müəy­yən­ləşdirilməkdədir.

Ordubad, Şərur konserv zavodları, Ordubad baramaaçan fab­riki, Şahbuz şərab zavodu və s. bu kimi müəssisələrin səmərəli fəa­liy­yəti, digər amillərlə yanaşı istehsal infrastruk­turunun inki­şa­fını tələb edir. Naxçıvan iqtisadi rayonunun inkişafında nəqliyyat sistemi əsas rol oynayır. Lakin Azərbaycanın digər regionlarına və Bakıya gələn yollar, Ermənistanın blokada səbəbindən kəsildiyindən bu məqsədlə İran və Türkiyəyə gedən yollardan istifadə edilir. Hazırda həmin yollar böyük iqtisadi əhəmiyyətə malikdir.


No comments:

Post a Comment