Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsul. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir.
Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir:
- Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr;
- Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir.
Pullar iki formada ola bilər:
- nəğd
- nəğdsiz
Pulun tarixi:
Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6-8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır. İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi baş vermişdir. Bu o zaman mümkün olmuşdur ki, ayrı-ayrı icmalar öz tələbatından artıq qalan qida məhsullarını başqa icmalarda olan digər məhsullarla dəyişdirmək yolu ilə mübadiləyə daxil olmuşlar. Bu, icmalar, tayfalararasında təsadüfi hallarda, bəsit formalarda mübadilə münasibətləri idi. Məsələn, bir icmada hasil edilən ov əti o icma üzvlərinin tələbatında artıq qaldıqda, onlar bunu qəbilələrdə artıq olan meyvə və s. ərzaq malları ilə mübadilə edə bilmişlər. Əlbəttə, eyni əmək məhsulunu, məsələn, balığı-balığa dəyişdirmək mənasızdır. Mübadilə isə bir cür faydalı məhsulu başqa bir faydalı əmək məhsuluna müəyyən miqdar nisbətində dəyişdirilməsi deməkdir.
İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan "pekuniya"-pul "pekus"-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı. Digər metallardan fərqli olaraq qızıl gümüş öz təbiətinə görə yekcinsdir və karroziyaya uğrayıb xarab olmur.
Əsginaslar ilk dəfə Cində hazırlanmışdır.
Pul vahidləri:
- Azərbaycan manatı — AZN, Azərbaycanın rəsmi valyutası.
- Türkiyə lirəsi — TRY , Türkiyənin rəsmi valyutası.
- Rusiya rublu — RUR , Rusiya Federasiyasının rəsmi valyutası.
- ABŞ dolları — USD ($ kimi təsvir edilir), ABŞ-ın rəsmi valyutası.
- Avro — EUR (€ kimi təsvir edilir), Avropa Birliyininın rəsmi valyutası.
- Yaponiya yeni — JPY (Yaponiyada 円), dünyada ¥ kimi təsvir edilir), Yaponiyanın rəsmi valyutası.
No comments:
Post a Comment