Ailə büdcəsini necə planlaşdırmaq lazımdır?

Adətən ailənin qazancını faizlə yox, müəyyən məbləğlə ifadə edirlər. Bu da sonda problem yaradır. Xərcləri faizlə ifadə etmək daha doğrudur. Gəlir zamanla artıb-azala da bilər. Ailə büdcəsini faizlə planlaşdırarkən gəlir azaldığı və ya artdığı zaman faizlə ifadə də dəyişir. Eyni zamanda yazılı şəkildə planlaşdırılma aparılmalıdır. Bu zaman ən vacib şərt prioritet olanları təcililik və önəmlilik prinsipi ilə sıralamaqdır. Təcili və önəmli xərclər ön plana, təcili önəmsiz xərclər ikinciyə, önəmli, amma təcili olmayan üçüncü plana, önəmsiz və təcili olmayan xərcləri ən arxa plana atmaq olar. 

Vaxt da bir büdcədir, vaxtın da istifadəsində bu metod çox önəmlidir. Təbii ki, ailənin yaşaması üçün qida xərcləri, kredit borcları ən vacib xərclərdir. Qidada istəklərimizi ehtiyaca istiqamətləndirməliyik, istəklərimiz ehtiyacı aşmamalıdır. Büdcə – gəlir və xərc deməkdir. Xərclər gəlirdən artıq olanda borclanma yaranır.


Xərclər vaxtla birlikdə əvvəlcədən planlaşdırılmalıdır. Müəyyən xərclər, məsələn, səyahət etmək bir il əvvəldən planlaşdırılmalıdır. Sonra xərclər aylıqlara, həftəliklərə və günlüklərə bölünməlidir. Xərclərin ayrı-ayrılıqda nəzərdə tutulması da doğru variantdır. Məsələn, həftəlik xərci paketə qoyub ayırmaq və  bu xərcdən kənara çıxmamaq səmərəli üsuldur.
Ailə büdcəsində planlaşdırma və faizlə işləmək yaxşı nəticə verir. Digər bir metod isə alış-verişlərimizi toplulaşdırmaq lazımdır. Yəni günlük alış-verişlərdən həftəlik, aylıq alış-verişlərə keçmək lazımdır, bu da xərcləri azalmağın bir yoludur. Alış-verişimizi planlı etməliyik. Müəyyən bir siyahı ilə satış yerlərinə, marketlərə getmək və o kağızda olanlarla kifayətlənmək, hətta gedərkən nəzərdə tutduğumuz qədər pul götürmək, o siyahıya uyğun olaraq əlavə pul götürməmək bu ən yaxşı metodlardan biridir.

No comments:

Post a Comment