İnsan
cəmiyyəti həyatının əsasını əmək təşkil edir. Əmək təbiətlə insan arasında baş
verən bir prosesdir. İnsan bu prosesdə təbiət cisimlərini insanın və cəmiyyətin
tələb tələbatlarına uyğunlaşdırır. Heyvanların fəaliyyətlərindən fərqli olaraq,
insan əməyinə aşağıdakı səciyyəvi cəhətlər xasdır:
1. Əmək
məqsədəuyğun fəaliyyətdir. Hər bir istehsalın müəyyən bir məqsədi vardır. Hətta
lap savadsız icraçı da işə başlamazdan əvvəl fikrən öz fəaliyyətinin planını və
ardıcıllığını tərtib edir.
2. İnsan
əməyi ictimai xarakter daşıyır. Bu o deməkdir ki, hətta insan yaşamayan adada
tək çalışan Robinzon belə nəinki cəmiyyətin digər üzvləri tərəfindən hazırlanmış
bəzi alət və qurğulardan istifadə etmişdir, ən başlıcası o cəmiyyətin istehsal
təcrübəsindən, texnologiyalardan, yığılmış biliklərdən istifadə etmişdir.
3. Əmək
yaradıcı xarakter daşıyır. Çünki onun son məqsədi maddi nemətlər yaratmaqdır.
4. Əməyin
mühüm xüsusiyyətlərindən biri də əmək alətləri yaratmasıdır.
Marjinal
nəzəriyyə ənənəvi olaraq əməyi aşağıdakı kimi xarakterizə edir: Əmək
məhsulların istehsalına yönəldilmiş fiziki intelektual fəaliyyətdir.
Şəxsiyyətin qabiliyyətlərinin məcmusu insan kapitalını əmələ gətirir. Əmək nə
qədər ixtisaslı olsa insan kapitalı və müvafiq olaraq bu kapitala görə gəlir də
bir o qədər yüksək olar. Hazırki dövrdə insan kapitalına qoyulan investisyalar
cəmiyyət üçün ən səmərəli və özünü tez doğruldan hesab olunur.
Əmək
prosesində insan yalnız təbiətə təsir göstərmir, o özünün daxili təbiətini də
dəyişdirir, özünün iş qüvvəsini, yəni əmək qabiliyyətini reallaşdırır. O həm
fiziki, həm də əqli cəhətdən inkişaf edir, təkmilləşir və yeni biliklərə
yiyələnir. Beləliklə, insanı əmək yaratmışdır və onu inkişaf etdirməkdə davam
edir.
Əmək
prosesinin sadə momentləri canlı əməyin özü, əmək cisimləri və
vasitələri hesab olunur. Əmək prosesinin son nəticəsi maddi nemət yaratmaqdır.
Əmək prosesində insan yalnız təbiətlə qarşılıqlı əlaqəyə girmir, o həmçinin
başqa insanlarla ünsiyyətə daxil olur. İnsanlar arasında maddi nemətlərin
istehsalı, bölgüsü, mübadiləsi, istehlakı və eləcə də istehsal vasitələri
üzərində mülkiyyətlə əlaqədar öz istək və arzularından asılı olmayaraq yaranan
münasibətlərə istehsal münasibtləri deyilir. İstehsal
münasibətləri əmək prosesinin ictimai təşkili formasıdır. Eyni əmək prosesi
müxtəlif ictimai tarixi formalarda baş verə bilər: taxılı qul da,təhkimli
kəndli də, azad fermer də yetişdirə bilər. Bütün hallarda taxıl eyni olacaqdır.
Burada yalnız əmək münasibətlərinin xarakteri və işçinin istehsal vasitələrinə
münasibəti müxtəlif olur. Bəs bu münasibətlərin xarakteri nə ilə müəyyən
olunur, marksizm təliminə görə hər bir quruluşda istehsal münasibətlərinin
xarakteri orada hakim mülkiyyət forması ilə müəyyən olunur.
Əmək yalnız
aşağıdakı şərtlərə əməl olunduqda muzdlu əməyə çevrilir:
· İşçi
şəxsən azad olmalıdır;
· İşçi
özünün istehsal vasitələrinə malik olmamalıdır, yəni istehsal vasitələrindən
məhrum olmalıdır.
Marksizmə
görə, əmək istehsal prosesinə qədər mövcud olmadığı üçün əmtəə ola bilməz,
deməli,əməyin dəyəri yoxdur, dəyərin özü isə əmək məsrəfləri ilə müəyyən
olunur.
Əmək –insanın
məqsədəyönlü, şüurlu fəaliyyətidir . Əmək-insanın , cəmiyyətin inkişafı üçün
əbədi təbii bir şərtidir. İnsanın əmək fəaliyyəti istehsal prosesi ilə, habelə
təkrar istehsalın ayrı –ayrı fazaları – iatehsal, bölgü, mübadilə və istehlakla
əlaqədardır.
Əməyin
xarakteri birinci növbədə işçilərlə mülkiyyət və bölgü
münasibətləri arasındakı əlaqənin xarakterilə müəyyən olunur. O həm də
işçilərin iqtisadi azadlığının mühüm göstəricisidir.
Əmək və iş
qüvvəsi anlayışlarını bəzən eyniləşdirirlər. Lakin bu anlayışlar yaxın
olduqları qədər bir-birindən fərqli iqtisadi kateqoriylardır. Hər hansı əmək
fəaliyyətini icra etmək üçün öz iş qüvvəsini təklif edə bilmək imkanı olan
əhali hissəsinə iqtisadi əhali və yaxud iş qüvvəsi deyilir . Əmək
ehtiyyatlarından fərqli olaraq, iş qüvvəsi dedikdə, bütün əmək
ehtiyatlarından ictimai istehsalda məşğul olanlar daxildir. İnsanın
malik olduğu və maddi nemətlər istehsal edərkən istifadə etdiyi fiziki və əqli
(zehni) qabiliyyətinin məcmusu hesab olunan iş qüvvəsi yalnız
müəyyən istehsal münasibətləri sistemində fəaliyyət göstərir və cəmiyyətin
başlıca məhsuldar qüvvəsidir. İnkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul
(hərbi qulluqçular da daxil olmaqla) və işsiz əhali daxil edilir. İş
qüvvəsi insanın əmək qabiliyyətidir, onun əmək prosesində istifadə etdiyi
fiziki və zehni qüvvəsi , bilik təcrübə və əmək vərdişlərinin məcmusudur. Kapitalizmdə iş
qüvvəsi əmtəə kimi çıxış edir və hər bir əmtəə kimi, onun da dəyəri
və istehlak dəyəri var. İş qüvvəsi əmtəəsinin dəyəri
fəhlənin özünün və ailəsinin yaşaması üçün zəruri olan yaşayış vasitələrinin
dəyəri ilə müəyyən olunur. Kapitalizmdə iş qüvvəsi dəyəri əmək haqqı
formasındadır. İş qüvvəsinin istehlak dəyəri də
var. Bu, fəhlənin izafi dəyər yaratmaq qabiliyyətindən ibarətdir.
Müasir kapitalizm muzdlu iş qüvvəsi istismarının
güclənməsi ilə xarakterizə olunur. Sosializmdə iş qüvvəsinin
istehsal vasitələri ilə birləşməsi istehsal vasitələri üzərində ictimai
mülkiyyət şəraitində, istehsal prosesinin plana uyğun təşkili əsasında həyata
keçirilir. Sosializmdə iş qüvvəsi əmtəə deyildir. İş
qüvvəsi - insanın malik olduğu, material və mənəvi dəyərlərin istehsalında
istifadə etdiyi fiziki və zehni əmək qabiliyyətinin məcmusudur. İş qüvvəsi
ictimai formasından, inkişaf mərhələsi və səviyyəsindən asılı olmayaraq bütün
cımiyyətlərdə mövcuddur. Ancaq buna baxmayaraq "iş qüvvəsi" anlayışı
yalnız cəmiyyətin tarixi inkişafının müəyyən məərhələsində konkrett iqdisadi
məna kəsb etmiş , insanın əmək qabiliyyəti - iş qüvvəsi - əmtəəyə çevrilmişdir.
K.Marks heç vaxt "iş qüvvəsi" anlayışını istehsal vasitələrinin
sahibi olan kapitalistləri aid etməmişdir. İş qüvvəsi kateqoriyası təkcə
adamarın malik olduğu əmək qabiliyyətinin əks etdirmir, o həm də iş
qüvvəsi daşıyıcısıının ictimai istehsal sistemindəki sosial - iqdisadi
vəziyyətini müəyyən edir. K.Marks bildirirdi ki, iş qüvvəsi ancaq canlı fərdin
qabiliyyəti kimi mövcuddur. İş qüvvəsi ancaq öz xarici təzahür yolu ilə həyata
keçir və o ancaq əməkdə həyata keçir. Müasir dövrdə insanın əmək
qabiliyyətinin yalnız bir hissəsi - peşəkarlıq qabiliyyəti iş qüvvəsi hesab
edilməlidir. "Peşəkarlıq" termini işçinin haqqı ödənilən əməklə
məşğul olduğunu göstərir. İş qüvvəsi insanın özündən ayrılmayan əmək
qabiliyyəti hesab olunur. İş qüvvəsi kateqoriyası təkcə insanların malik olduğu
əmək qabiliyyətini əks etdirmir , o , həm də , iş qüvvəsi daşıyıcısının ictimai
istehsal sistemindəki ssosial - iqdisadi vəziyyətini müəyyən edir. İş
qüvvəsi istehsalın şəxsi amilidir.
İş qüvvəsi
insanın əmək qabiliyyətidir, onun əmək prosesində
istifadə etdiyi fiziki və zehni qüvvəsi , bilik təcrübə və əmək vərdişlərinin
məcmusudur.
İşçi
qüvvəsinin təkrar istehsalının xüsusiyyətləri:
1. İşçi qüvvəsinin
daşıyıcısı olan insanlar bir məhsuldar qüvvə kimi elmi-texniki
biliyə
malik olurlar və əmək alətlərini hərəkətə gətirilər;
2. İşçi
qüvvəsinin təkrar istehsalı prosesində və bunun sayəsində insan başlıca
məhsuldar
qüvvə olur ;
3. İşçi
qüvvəsinin daşıyıcısı məhsuldar qüvvələrin mühüm ünsürü olmaqla
bərabər,
istehsal münasibətlərinin başlıca subyektidir;
4. İşçi
qüvvəsinin təkrar istehsalı eyni zamanda ailə münasibətlərinin, mənəvi ,
hüquqi və s
münasibətlərinin təkrar istehsalıdır;
5. İşçi
qüvvəsinin təkrar istehsalı müvafiq həcmdə yaşayış vasitələtinin təkrar
istehsalını
tələb edir.
Əməyin
xarakteristikasında sadə və mürəkkəb əmək anlayışları
fərqlənir. Sadə əmək heç bir ixtisas tələb etməyən əməkdir.
Müəyyən işlərin yerinə yetirilməsi üçün işçidən xüsusi hazırlıq, səriştə,
bacarıq və bilik tələb edən əmək isə ixtisaslı əmək adlanır. İxtisassız (sadə)
əməkdən fərqli olaraq ixtisaslı əmək mürəkkəb əmək kimi çıxış edir. Görkəmli
şotland iqtisadçısı A. Smit yazır: "Əmək bütün
əmtəələrin mübadilə dəyərinin həqiqi ölçüsüdür". O göstərir ki,
dəyərin kəmiyyəti ayrıca əmtəə istehsalçısının əmək məsrəfləri ilə yox,
cəmiyyətin mövcud vəziyyətində orta zəruri məsrəflərlə müəyyən olunur. Smit həm
də qeyd edir ki, ixtisaslı və mürəkkəb əmək, ixtisassız və sadə əməklə
müqayisədə vaxt vahidi ərzində daha çox dəyər yaradır. Yəni, mürəkkəb
əməyin bir saatı sadə əməyin bir neçə saatına ekvivalentdir. Buna uyğun olaraq
ixtisaslı əməyə ixtisassız əməyə nisbətən daha yüksək haqq verilir.
Əmək
növlərini ölçməkdən ötrü mürəkkəb əməyin sadə əməyə müncər olması vacibdir ki,
buna da əməyin reduksiyası deyilir.
Bundan
əlavə, öz formasına görə əmək abstrakt və konkret əmək kimi də
təsnifləşdirilir. Belə ki, məhz ilk dəfə olaraq, K. Marks əməyin
ikili xarakter daşıdığını, konkret və abstrakt əmək kimi formalarının olduğunu
qeyd etmişdir. Abstrakt əmək insan əməyinin sərfidir. Konret əmək isə hər hansı
bir sahədə sərf olunan əməkdir.
İnsan
əməyinin ikili xarakteri əmtəənin iki xassəsini yaradır. Bunlar əmtəənin
istehlak dəyəri və mübadilə dəyəridir. İnsanın mücərrəd (abstrakt) əməyi
əmtəənin mübadilə dəyərini yaradır.
Mücərrəd
(abstrakt) əməyin xarakteristikası üçün aşağıdakı anlayışlardan istifadə
olunur:
· əməyin
ağırlığı;
· əməyin
gərginliyi
Əməyin
ağırlığı əmək predmetinin vəziyyətində olan hər hansı
bir dəyişiklərlə əlaqədar fiziki səyləri xarakterizə edir.
Əməyin
gərginliyi insanın sınaqdan keçirdiyi, üzləşdiyi,
emosional-psixi ağırlığı xarakterizə edir.
İş
qüvvəsinin və sahibkarlıq fəaliyyətinin səmərəli və qeyri-səmərəli istifadəsi
nöqteyi-nəzərindən əmək səmərəli və qeyri-səmərəli əməyə bölünür.
Səmərəli əmək əməyin ictimai təşkili nöqteyi nəzərindən elə əməkdir ki, bu
zaman iş yerlərinin və işçilərin bölgüsü işçilərin ixtisasına, yerinə yetirdiyi
əməyin mürəkkəbliyinə görə uyğun həyata keçirilsin. Qeyri-səmərəli əməkdə isə
işçilərin ixtisasına və yerinə yetirilən işlərin mürəkkəbliyinə uyğun olaraq iş
yerləri üzrə işçilərin bölgüsü həyata keçirilmir.
Əmək
aşağıdakı prinsiplərin tələblərinə cavab verən insan fəaliyyətidir:
· şüurluluq
· məqsədəuyğunluq
· nəticə
· ictimai
faydalılıq
· hərəkətlərin
enerji məsrəfləri
Şüurluluq
dedikdə, burada gələcək əməyin nəticəsini insan əmək prosesində dərk edir.
Məqsədəuyğunluq o deməkdir ki, insan öz səylərini reallaşdırmağa başlamazdan
əvvəl hərəkətlərin alqoritmini düşünür. Nəticəlilik o deməkdir ki, hər hansı
bir fəaliyyət ictimai zəruri nəticə ilə başa çatır. İctimai faydalılıq o
deməkdir ki, insanlar əmək kollektivində birləşərək və ya bir - birilə
qarşılıqlı fəaliyyətdə olaraq həm özü üçün, həm də cəmiyyət üçün nemətlər
istehsal edirlər.
Əməyin
məzmunu iş yerində konkret əmək funksiyalarının
bölgüsünü ifadə edir və yerinə yetirilən əməliyyatların məcmusu ilə müəyyən
olunur.
Əməyin
xarakteri istehsalın ictimai şərtləri nöqteyi-nəzərindən
əməyi nəzərdən keçirir.
Əməyin
funksiyaları aşağıdakılardır:
1. İnsan
və cəmiyyətin şəxsi və ictimai tələbatlarının ödənilməsi məqsədilə maddi və
mənəvi nemətlərin istehsalı;
2. İnsan
və cəmiyyət həyatının təhlükəsizliyinin təmin edilməsi, təbiətin qorunması,
sağlam və sosial mühitin təmin edilməsi;
3. İctimai
maddi və qeyri-maddi sərvətin formalaşması və yığımı;
4. İstehsal
amillərinin, elm, texnika və mədəniyyətin inkişafı;
5. İnsanın
özünün şəxsi inkişafı, yaradıcı şəxsin və sərbəst cəmiyyətin formalaşması.
Əməyin
təsnifat əlamətləri aşağıdakılardır:
1. Əməyin
xarakterinə və məzmununa görə növləri:
· arzuedilən
əmək;
· zəruri
əmək və ya məcburi əmək;
· fərdi
və kollektiv əmək;
· zehni
əmək;
· yaradıcı
əmək.
2. Əmək
predmetinə və əmək məhsuldarlığına görə əməyin növləri:
· elmi
əmək,
· mühəndis
əməyi,
· idarəetmə
əməyi,
· istehsal
əməyi,
· sahibkar
əməyi,
· sənaye
əməyi,
· kənd
təsərrüfatı əməyi,
· innovasiya
əməyi,
· nəqliyyat
əməyi və s. ;
3. Əmək
vasitələrinə və üsullarına görə əməyin növləri:
· əl
əməyi ( texniki cəhətdən silahlanmayan) ;
· mexanikləşmiş
və avtomatlaşmış əmək;
· aşağı,
orta, yüksək texnologiyalı əmək;
· insanın
müxtəlif iştirak dərəcəsinə görə əmək.
4. Müxtəlif
reqlamentasiya dərəcəsi ilə əmək şəraitinə görə əməyin növləri:
· stasionar
əmək və səyyar əmək;
· yeraltı
və yerüstü əmək;
· yüngül,
orta, ağır əmək;
· cəlbedici
və cəlbedici olmayan əmək;
· sərbəst
və reqlamentli əmək.
İnsanın və
cəmiyyətin inkişafında əməyin rolu aşağıdakılardan ibarətdir:
· insanların,
onların fiziki və mənəvi keyfiyyətlərinin inkişafı;
· maddi
və mənəvi nemətlərin istehsalı;
· insanın
və cəmiyyətin maddi və mənəvi tələbatların ödənməsi;
· elmi-texniki
tərəqqi ( ETT ) ;
· əhalinin
təkrar istehsalı;
· əmək
məhsuldarlığının artımı;
Son dövrlər
əməyin növü kimi idarəetmə əməyini xüsusilə qeyd edirlər. İdarəetmə əməyi
- ictimai əməyin bir növü olub istehsal kollektivlərinin
qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü
fəaliyyətdir. Geniş mənada idarəetmə əməyi idarəetmə sahəsində
hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin
müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi
deməkdir. Bir sıra alimlər əsassız olaraq “idarəetmə əməyi”ni “idarəetmə” ilə
eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə
edilir. İdarəetmə əməyi ilə müəssisə və təşkilatların rəhbərləri,
mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə
zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün
işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin,
mühəndis-texniki işçilərin işini aid etmək olar.
İdarəetmə
əməyinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1) Əməyin
xüsusiyyətləri - intellektual, zehni əmək;
2) Təsir
etmə səciyyəsi - inzibati, təşkilati, bütövlükdə idarəedici;
3) Əmək
cismi - informasiya;
4) Əmək
vasitələri - hesablama texnikası, təşkilatı texnika;
5) Maddi
nemətlər istehsalına təsiri - qeyri müstəqim;
6) Əməyin
son nəticəsi - idarəetmə qərarları.
No comments:
Post a Comment