Pul vahidləri və nişanları

AZN nişanı, logo, simvol, manat, işarə, ölkələrin pul vahidi
Pul vahidlərinin qısa formada adlandırılması hələ qədim zamanlarda mövcud idi. Belə ki, Qədim Yunanıstanda ən çox istifadə olunan pul vahidi olan "draxma"-nın simvolu kimi "I" (bir) və əlavə olaraq "" elementindən istifadə edilirdi.
Lakin pul vahidlərinin simvollarla göstərilməsi 90-ci ilin sonlarında daha da geniş vüsət almağa başladı və bu proses bu günə qədər də davam edir. Onlardan biri kimi Azərbaycan Manatının işarəsini qeyd etmək olar. Belə ki, 2006-cı ildə Robert Kalina əskinasların dizaynı ilə yanaşı, həm də manatın simvolunu da hazırlamışdır. Lakin son illərə qədər simvoldan istifadə geniş yayılmamışdır. Ancaq 2012-ci ildə JIS reklam agentliyi tərəfindən reklam mətnlərində AZN nişanından geniş istifadə olunması simvolun daha da məşhurlaşmasına səbəb olmuşdur. 
Bununla da manatın simvolunun Unicode-a əlavə olunması prosesi sürətlənmişdir. Belə ki, Unicode konsorsiumunun 2013-cü il iyun ayının 10-14-də keçirilən iclasında manat simvolu U+20BC ilə kodlaşdırmaya qəbul edilmişdir.
Pul Vahidi  Simvol Qısa məlumat
Azərbaycan ManatıManat latın mənşəli "moneta" sözündən yaranmışdır. Azərbaycan manatı ilk dəfə dövriyyəyə 1992-ci ildə buraxılmışdır. 1 manat=100 qəpik
ABŞ DollarıDollar "böyük gümüş pul" deməkdir və dəniz ticarətində istifadə olunan "taler" sözündən yaranıb. FES tərəfindən emissiya edilir. 1 dollar=100 sent
AvroAlmaniyanın Maliyyə Naziri Theodor Waigel tərəfindən təqdim edilən avro ilk dəfə 2002-ci ildə dövriyyəyə buraxılıb. 1 avro=100 sent(avrosent)
BB Funt SterlinqiFunt latın mənşəli "ibra" sözündən götürülmüşdür. Sterlinq adı isə eyni adlı köhnə 1.555 qramlıq gümüş sikkələrin adından götürülmüşdür. 1 funt sterlinq=100 penni
Türkiyə LirəsiLirə latın mənşəli "libra" (327.45 qr) sözündən yaranmışdır. 1 TL=100 kuruş
Rusiya RubluRubl böyük gümüş külçələrin hissələrə bölünməsi mənasını verir və artıq XIII əsrdən etibarən istifadə edilir. 1 rubl=100 qəpik
Gürcüstan LarisiLari sözü gürcü dilindən tərcümədə xəzinə mənasını verir və ilk dəfə 1995-ci ildə emissiya edilmişdir. 1 lari=100 tetri
İran RiyalıƏrəb ölkələrində riyal "böyük gümüş pul" mənasına gəlir. İranda riyal "toman" adlı köhnə pul vahidini əvəz etmişdir. 1 Riyal=100 dinar
Hindistan Rupisi"İşlənmiş gümüş" mənasına gələn "rupya" sözündən götürülmüşdür. 1 rupi=100 pais
İsrail Şekeli"Tərəzi, çəki" mənasını verir və ərəb və ivrit dillərinin daxil olduğu Sami dil ailəsinə məxsusdur. 1 şekel=100 aqorat; 1 aqorat=10 şepalim
Meksika Pesosuİspan dilində "ağırlıq" deməkdir. 1 peso=100 santevo
Çin Yuanı1948-ci ildə ilk dəfə çap edilib. 1 yuan=10 jia; 1 jia=10 fen
Yapon Yeni1871-ci ildə ilk dəfə çap edilib və Çinin pul vahidi olan yuandan yaranmışdır. 1 yen=100 sen
 

No comments:

Post a Comment