Maliyyə - Şəxsi maliyyə

Maliyyə — iqtisad elminin bir qolu sayılır və elmi fondların idarə edilməsi ilə məşğuldur. Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımını və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur.
Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir.

Tələb və təklif



Tələb və təklif iqtisadiyyatda ən əsas anlayışlardan biridir. Bu model tələb və təklifin qiymətə necə dəyişildiyini və bazarda müvazinətin əmələ gəlməsini göstərir. Mikroiqtisadiyyatda əsasən bir müəyyən məhsul bazarı araşdırılır, makroiqtisadiyyatda isə bütun məhsullar üzrə ümumi tələb və təklif nəzərə alınır.


Mikroiqtisadiyyatda çox istifadə olunan ərz və tələb modelidir. Tələb və təklif bir birinə nisbətən dəyişəndə əmələ gələn müvazinət qiyməti təyin edir. Burada tək azalan tələb qiymətin düşməsinə səbəb olur.
 

Tələb

Tələb istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Bu asılılıq tələbin qanununamüvafiqdir: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin düşməsinə səbəb olur. Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir. Doğrudan da, yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhsulu almağa daha aşağı qiymət səbəb ola bilər. Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər. Məsələn, qiymətin düşməsi istehlakçı üçün sərvətin alıcılıq qabiliyyətinin artımına bərabərdir. Bu sərvət effektidir. Əvəz etmə effekti isə bildirir ki, istehlakçı alternativlərindən daha ucuz məhsula keçəcək. Misal üçün bir birini əvəz edə bilən alma və portağal şirələri. Əgər alma şirəsinin qiyməti aşağı düşərsə, istehlakçi portağaldan daha çox alma şirəsini alacaq, yəni ki ona tələb artacaq. Mikroiqtisadi təhlildə sərvət və əvəz etmə effektləri riyazi şəkildə Slutski düsturu ilə ifadə olunur.

Cəmiyyətin sosial-iqtisadi həyatı

Cəmiyyətin iqtisadi həyatı və onun struktur elementləri.
  
1.İqtisadi həyatın ümumi təsnifatı.Sosial fəlsəfə cəmiyyətə müxtəlif yarımsistemləri və tərəfləri əhatə edən mürəkkəb orqanizm kimi yanaşır.
Bütövlükdə götürdükdə cəmiyyət təbii yarımsistemə və ictimai yarımsistemə ayrılır. Birinci, insan nəslinin istehsalı və təkrar istehsalını, coğrafi mühit və ölkənin geopolitik vəziyyətini, nəsillər arasında təbii münasibətləri əhatə edir. İkinciyə, ictimai həyatın istehsalı və təkrar istehsalı daxildir. Bunlarla yanaşı sosial sistemi birlik formalarına görə (cəmiyyət, sosial qrup, millət, xalq və s.), yaşayış məskənləri tipinə görə (şəhər, şəhərtipli qəsəbə və kənd), habelə peşə, demoqrafik, yaş, cins və sair əlamətlərə görə də bölmək olar. Deyilənlərdən əlavə cəmiyyət ictimai sferalar üzrə də təsnif olunur. Belə yanaşdıqda ictimai həyat iqtisadi, sosial, siyasi və mənəvi sferalara da ayrılır. Bu bölgünün əsasında iki əsas əlamət durur: ictimai fəaliyyətin özünəməxsus növü və buna müvafiq olaraq qərarlaşan ictimai münasibətlər tipi. Yuxarıda qeyd olunan sferaların hər birində insanların fəaliyyəti özünəməxsus, spesifik xarakter daşıyır. Burada qərarlaşan ictimai əlaqələr və münasibətlər də başqalarında olduğundan fərqlidir.

Azərbaycanın Büdcə Sistemi

Daha ətraflı Faylı  yüklə

Pul vahidləri və nişanları

AZN nişanı, logo, simvol, manat, işarə, ölkələrin pul vahidi
Pul vahidlərinin qısa formada adlandırılması hələ qədim zamanlarda mövcud idi. Belə ki, Qədim Yunanıstanda ən çox istifadə olunan pul vahidi olan "draxma"-nın simvolu kimi "I" (bir) və əlavə olaraq "" elementindən istifadə edilirdi.
Lakin pul vahidlərinin simvollarla göstərilməsi 90-ci ilin sonlarında daha da geniş vüsət almağa başladı və bu proses bu günə qədər də davam edir. Onlardan biri kimi Azərbaycan Manatının işarəsini qeyd etmək olar. Belə ki, 2006-cı ildə Robert Kalina əskinasların dizaynı ilə yanaşı, həm də manatın simvolunu da hazırlamışdır. Lakin son illərə qədər simvoldan istifadə geniş yayılmamışdır. Ancaq 2012-ci ildə JIS reklam agentliyi tərəfindən reklam mətnlərində AZN nişanından geniş istifadə olunması simvolun daha da məşhurlaşmasına səbəb olmuşdur. 
Bununla da manatın simvolunun Unicode-a əlavə olunması prosesi sürətlənmişdir. Belə ki, Unicode konsorsiumunun 2013-cü il iyun ayının 10-14-də keçirilən iclasında manat simvolu U+20BC ilə kodlaşdırmaya qəbul edilmişdir.

Dövriyyədə olan sikkələr


Dövriyyədə olan sikkələr


Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil metal pul nişanları dövriyyəyə buraxılmışdır.


Yeni nəsil qəpiklərin dizayn mövzuları əskinasların dizayn mövzularına müvafiq olaraq hazırlanmışdır.


1 qəpik – Mədəniyyət, 3 qəpik – Yazı və ədəbiyyat, 5 qəpik – Tarix, 10 qəpik – Qarabağ, 20 qəpik – Təhsil və gələcək, 50 qəpik – İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.


1, 3 və 5 qəpiklər mislə örtülmüş qırmızı, 10 və 20 qəpiklər latunla örtülmüş qızılı, 50 qəpiklik isə latun və nikellə örtülmüş qızılı və gümüşü (ikirəngli – bikolor) rəngdədir. Bütün metal pul nişanlarının yan tərəfləri individual üsulla hazırlanmışdır və bir-birindən fərqlidir.

1 Qəpik
mislə örtülmüş polad
Ø: 16,25 mm · 2,8 qr
3 Qəpik
mislə örtülmüş polad
Ø: 18 mm · 3,45 qr
5 Qəpik
mislə örtülmüş polad
Ø: 19,75 mm · 4,85 qr
 
  
 
coins
10 Qəpik   
Latunla örtülmüş polad
Ø: 22,25 mm · 5,25 qr
20 Qəpik
Latunla örtülmüş polad
Ø: 24,25 mm · 6,6 qr
50 Qəpik
Bikolor (ikirəngli) 
Ø: 25,5 mm · 7,7 qr